#ABŞ-da iqtisadi debatlar

ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi) sədri Jerome Pouell ilə bağlı sərt mesaj verib. Tramp sosial media hesabında paylaşdığı görüntüdə Pauelli zibilə atarkən təsvir edib və faiz dərəcələrinin yüksək olmasını kəskin tənqid edib. Paylaşımda o, “Çox gecdir. Amerika üçün fəlakətdir! Faiz dərəcələri çox yüksəkdir” ifadələrini qeyd edib.