Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İsrail Baş Naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına qoşulmağa razılıq verib.

    AzerVoicexəbər verir ki, şura, Tramp tərəfindən idarə olunur və ilkin olaraq Qəzza atəşkəs planını izləyəcək dünya liderləri qrupu kimi nəzərdə tutulmuşdu.

    Əvvəlcə Netanyahu ofisi bildirib ki, icra komitəsi, daxilində Türkiyə kimi regional rəqiblərin də olduğu struktur, İsrail hökuməti ilə koordinasiya olunmayıb və "siyasətimizə ziddir". İsrailin sağçı maliyyə naziri Bezalel Smotrich isə şurayı tənqid edərək, Qəzzanın gələcəyi üçün İsrailin təkbaşına məsuliyyət götürməsini tələb edib.

    Şuraya qatılan digər ölkələr arasında BƏƏ, Mərakeş, Vyetnam, Belarus, Macarıstan, Qazaxıstan və Argentina yer alır. Böyük Britaniya, Rusiya və Avropa İttifaqının icra orqanı dəvət almasına baxmayaraq, hələ cavab verməyib.

    Tramp, Davos Dünya İqtisadi Forumunda daha çox detallar təqdim etməyi planlaşdırır. Hələlik, neçə və hansı liderlərin dəvət alacağı dəqiqləşməyib.

    Tramp jurnalistlərin “Şura BMT-nin yerini tuta bilərmi?” sualına cavabında, “Mümkündür” deyib. O, dünya təşkilatının “çox faydalı olmadığını” və “potensialını heç vaxt tam həyata keçirmədiyini” söyləyib, lakin BMT-nin “potensialı böyük olduğu üçün” fəaliyyətini davam etdirməli olduğunu vurğulayıb.

    İcra şurasının üzvləri arasında ABŞ Dövlət Katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Trampın kürəkəni Cared Kuşner, keçmiş Britaniya Baş Naziri Toni Blair, Apollo Global CEO Mark Rovan, Dünya Bankının prezidenti Ajay Banga və Trampın təhlükəsizlik müşaviri Robert Qabriel yer alır.

    Eyni zamanda, Qəzza İcra Şurası da təsis olunub. Bu şura atəşkəsin ikinci mərhələsini həyata keçirəcək: Beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi, HƏMAS-ın silahsızlaşdırılması və müharibədən zərər görmüş ərazilərin bərpası.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #BMT #ABŞ #Donald Tramp #Sülh Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.