Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb

    27 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin Somali Federativ Respublikasından birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland regionunu müstəqil dövlət kimi tanımasından sonra Türkiyə regional və beynəlxalq diplomatik təşəbbüslərini aktivləşdirib.

    AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bu addımı fonunda bir sıra yüksək səviyyəli telefon danışıqları aparıb. Danışıqlar Misir, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri ilə keçirilib.

    Telefon danışıqları zamanı Somalilandla bağlı yaranmış vəziyyət, Somali Federativ Respublikasının ərazi bütövlüyü məsələsi və regionda mümkün siyasi nəticələr müzakirə edilib. Eyni zamanda Qəzza zolağındakı mövcud humanitar və təhlükəsizlik vəziyyət da gündəmdə olub.

    Məlumata əsasən, nazir Hakan Fidan Misirin xarici işlər naziri Bədr Abdel Ati, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud və İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə ayrıca telefon əlaqələri saxlayıb.

    Bununla yanaşı, Türkiyənin xarici işlər naziri ABŞ-nin Afrika üzrə yüksək səviyyəli müşaviri Massad Boulos ilə də telefon danışığı apararaq, Somaliland məsələsi və Afrika Buynuzunda yaranan vəziyyət ətrafında fikir mübadiləsi edib.

    Danışıqlarda İsrailin Somalilandı tanımasının Somali Federativ Respublikasının daxili işlərinə müdaxilə xarakteri daşıdığı, bu addımın Afrika Buynuzunda mövcud olan həssas siyasi balanslara və regional sabitliyə mənfi təsir göstərə biləcəyi vurğulanıb.

    Xatırladaq ki, İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayaraq bu addımı atan ilk ölkə olub. Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və regionla bağlı beynəlxalq səviyyədə atılan istənilən addımın yalnız Moqadişo hökumətinin səlahiyyətində olduğunu bildirir.

    Türkiyə rəsmi səviyyədə Somali Federativ Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini dəfələrlə bəyan edib.

    #Regional diplomatiya #Somaliland statusu #Somali ərazi bütövlüyü #İsrailin Somaliland qərarından sonra Türkiyə regional diplomatik təmaslara başladı #Türkiyə Somaliland məsələsi ilə bağlı Misir #Səudiyyə Ərəbistanı və İordaniya ilə məsləhətləşmələr apardı #İsrailin Somalilandı tanıması Afrika Buynuzunda diplomatik fəallığı artırdı #Turkey Launches Diplomatic Talks After Israel Recognizes Somaliland #Turkey Consults Egypt #Saudi Arabia and Jordan on Somaliland Issue #Israel’s Recognition of Somaliland Triggers Regional Diplomacy #Afrika Buynuzu geosiyasəti #İsrailin tanıma qərarı #Türkiyənin Somaliland mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran mənbəsi: ABŞ ilə siyasi anlaşma əldə olunub, yekun saziş hələ imzalanmayıb

    29 May 2026 21:16

    Qətər diplomatik təşəbbüsləri genişləndirir

    26 May 2026 22:24

    Trampın normallaşma planı yeni müzakirələr yaratdı

    26 May 2026 22:20

    Rəcəb Tayyib Ərdoğan Pezeşkianla danışdı: Türkiyə sülh danışıqlarına dəstəyini davam etdirəcək

    26 May 2026 22:13

    Qətər və Misir diplomatik təmasları genişləndirir

    26 May 2026 21:53

    Körfəz ölkələri Livandakı islahatlara dəstəyini açıqladı

    26 May 2026 18:45

    Pakistan ordusunun rəhbəri Asim Munir Tehrana səfərə yollanıb

    22 May 2026 20:17

    Pakistan İran danışıqlarında vasitəçi rolunu gücləndirir

    22 May 2026 19:58

    Livan Parlament spikeri Berri danışıqlara münasibətini açıqlayıb

    15 May 2026 18:05

    İsrailin Somalilanda dəstəyi silahlı qrupları aktivləşdirə bilər - Somali

    18 Aprel 2026 22:30

    Səudiyyə Ərəbistanı və Əlcəzair nazirləri regional gərginliyi və ikitərəfli əlaqələri müzakirə ediblər

    18 Aprel 2026 21:55

    34 ildən sonra bir ilk yaşanacaq - Tramp elan etdi

    16 Aprel 2026 10:10
    XƏBƏR LENTİ

    Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib

    Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılışı olub

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    Hindistanda 20 nəfər otel yanğınında ölüb

    Müharibənin kölgəsində yox olan irs - Livanın minillik tarixi təhlükə altında

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

    Qətər İran hücumlarını pisləyib

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.