Səudiyyə Ərəbistanı İsrailin Somaliland regionunu müstəqil dövlət kimi tanımasına münasibət bildirərək, Somali Federativ Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib. Səudiyyə Ərəbistanının rəsmi mövqeyi Krallığın dövlət xəbər agentliyi vasitəsilə açıqlanıb. Bildirilib ki, Riyad İsrail ilə Somaliland arasında qarşılıqlı tanınma ilə bağlı elan edilmiş qərarı qəbul etmir və bu addımı Somali dövlətinin birliyinə zidd hesab edir.
#Somali ərazi bütövlüyü
İsrailin Somali Federativ Respublikasından birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland regionunu müstəqil dövlət kimi tanımasından sonra Türkiyə regional və beynəlxalq diplomatik təşəbbüslərini aktivləşdirib.
İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib. İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.