Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

    6 Dekabr 2025 19:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Sudanın cənub–mərkəzində yerləşən Kalogi qəsəbəsində uşaq bağçasına edilən pilotsuz uçuş aparatlı hücum 50 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 33-ü uşaqlardır. AzerVoice xəbər verir ki, bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat yayıb.

    Hadisə yerinə çatan tibb heyəti də “ikinci, gözlənilməz hücumun” hədəfinə çevrilib. Hüquq müdafiəçiləri əlavə olaraq yaxınlıqdakı üçüncü mülki obyektin də vurulduğunu bildiriblər. Hücumun Çevik Dəstək Qüvvələrinin (RSF) etdiyi ehtimal edilir. Qrupun dinc sakinləri, xüsusilə uşaqları və kritik infrastrukturu hədəf alması “beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirilir.

    Ərazidə rabitənin kəsilməsi səbəbindən qurbanların sayının daha yüksək ola biləcəyi qeyd olunur.

    Hadisə RSF ilə Sudan ordusu arasında iki ildən çox davam edən müharibənin yeni ağır mərhələsi fonunda baş verib. Döyüşlərin mərkəzi hazırda neftlə zəngin Kordofan bölgəsinə keçib. Son həftələr Kordofanda yüzlərlə mülki şəxs öldürülüb.

    UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yet hücumu “uşaqların hüquqlarının şəkildə pozulması” adlandırıb və bütün tərəfləri dərhal hücumları dayandırmağa çağırıb.

    Ötən bazar Sudan ordusunun hava zərbələri də Cənubi Kordofanın Kauda şəhərində əksəriyyəti mülki şəxs olmaqla 48 nəfərin ölümünə səbəb olub.

    BMT-nin İnsan Haqları üzrə komissarı Folker Türk xəbərdarlıq edib ki, Kordofan Əl-Fəşirdəki kimi yeni qətliamlara səhnə ola bilər.

    RSF isə ayrıca bəyanat yayaraq Çad–Sudan sərhədindəki PUA hücumuna görə Sudan ordusunu günahlandırıb, lakin məlumat təsdiqlənməyib.

    Sudanda 2023-cü ildən bəri davam edən hakimiyyət uğrunda mübarizədə 40 mindən çox insan öldürülüb, 12 milyon sakin isə evlərini tərk etməyə məcbur qalıb. Humanitar təşkilatlar real itki sayının daha yüksək olduğunu bildirir.

    #Sudanda bağçaya pilotsuz hücum: 50 ölü #33-ü uşaq #Kalogi faciəsi: RSF-in hücumu beynəlxalq narazılıq doğurdu #UNICEF: Uşaqlar müharibənin qiymətini ödəməməlidir #Sudanda PUA hücumu uşaq bağçasını hədəfə aldı #Kordofanda döyüşlər şiddətlənir #mülki itkilər artır #UNICEF və BMT-dən Sudana təcili çağırış #UN #UNICEF condemn strikes on civilians in Sudan #RSF blamed for deadly attacks as Kordofan violence escalates #Sudan drone strike on kindergarten kills 50 #including 33 children #ООН предупреждает о новых зверствах в регионе #RSF обвиняют в атаке на гражданские объекты в Кордофане
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    3 Sentyabr 2026 18:12

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    3 Sentyabr 2026 16:57

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    3 Sentyabr 2026 15:43

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    3 Sentyabr 2026 13:50

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    3 Sentyabr 2026 12:37

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    3 Sentyabr 2026 10:34

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    3 Sentyabr 2026 10:14

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    130-dan çox ölkədə böhran vəziyyəti elan edilib - UNICEF

    11 Fevral 2026 09:13

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    UNICEF Qəzzada uşaq ölümləri ilə bağlı dünyanı təcili hərəkətə keçməyə çağırıb

    21 Yanvar 2026 11:40

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    18 Dekabr 2025 20:05
    XƏBƏR LENTİ

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.