Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rus xakerlər Ukraynanın sığorta şirkətlərini ələ keçirib

    1 Noyabr 2025 12:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rus xakerlər Ukraynanın sığorta şirkətlərini ələ keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Rusiyaya bağlı “KillNet” və “Beregini” xaker qrupları Ukraynanın ən iri sığorta şirkətlərinin məlumat bazalarına kiberhücum edərək milyonlarla sənədi ələ keçirib.

    AzerVoice xəbər verir ki, kiberhücum nəticəsində Ukraynanın altı böyük sığorta şirkətinin məlumat bazası sındırılıb və fiziki, hüquqi şəxslərə məxsus 10 milyondan artıq sənəd paketi yüklənib.

    Əldə olunan məlumatlar sırasında sığorta müqavilələri, “yaşıl kart” sənədləri, daşınmaz əmlaka dair məlumatlar, korporativ sənədlər, avtomobil qeydiyyat məlumatları, sürücülük vəsiqələri, eləcə də foto və video materiallar yer alır.

    “KillNet” nümayəndəsi bildirib ki, məlumatlar “xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra Ukrayna radikalları ilə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi üçün istifadə olunacaq”.

    Qrup həmçinin iddia edir ki, əldə olunan bazalar Ukraynanın Təhlükəsizlik Xidməti (SBU), Baş Kəşfiyyat İdarəsi (GUR), Silahlı Qüvvələr və “nasist təbliğatı aparan şəxslər” barədə cinayət işlərinin açılmasına zəmin yaradacaq.

    Xaker hücumunun Ukraynanın strateji sənaye obyektləri və istehsal müəssisələri ilə bağlı mühüm məlumatları da əhatə etdiyi bildirilir.

    Ukrayna tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

    #Rusiya #Moskva #Ukrayna #Kiyev #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #Rus xakerlər #KillNet #Beregini #Ukraynanın Təhlükəsizlik Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını və danışıqların bərpasını təklif edib

    25 İyul 2026 21:12

    Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı hələ də davam edir

    25 İyul 2026 20:03

    Ukrayna Belarus sərhədini möhkəmləndirməyə davam edir

    25 İyul 2026 11:25

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Tehran təhdid dilini qəbul etməyəcək - Abbas Əraqçi

    24 İyul 2026 19:45

    İran müharibədəki son vəziyyəti Rusiya və Çinlə müzakirə edəcək

    24 İyul 2026 17:23

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    23 İyul 2026 21:47

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    23 İyul 2026 21:34

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    23 İyul 2026 19:36

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    23 İyul 2026 13:40

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58
    XƏBƏR LENTİ

    Yaponiyaya niyə 2 atom atıldı? - Sülh yoxsa insanlar üzərində eksperiment?

    Səs insanın özünəinamını göstərirmi? Mütəxəssislər davranış və səs arasındakı əlaqəni izah edirlər

    Bu gün ABŞ prezidenti Riçard Niksonun impiçment prosesi başladı

    Elm müharibələrin qaynağıdır?

    Səs inkişaf etdirilə bilərmi? - Bunun üçün hansı məşqlər lazımdır?

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib

    Səhra ortasındakı cənnət: Səba krallığının mühəndislik möcüzələri və ticarət sirləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.