Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrailin hücumları nəticəsində Qəzzada 64 mindən çox uşaq ölüb və ya yaralanıb - BMT

    10 Oktyabr 2025 17:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin hücumları nəticəsində Qəzzada 64 mindən çox uşaq ölüb və ya yaralanıb - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 64 mindən çox uşaq ya həyatını itirib, ya da yaralanıb.

    Cenevrədə BMT Ofisinin həftəlik brifinqində çıxış edən Pires, bu gün başlayan atəşkəsin, Qəzzadaki uşaqlar üçün ümid işığı olduğunu bildirib.

    "Bu gün, iki ildən artıqdır bu anı gözləyən, ağlasığmaz ağrılar çəkən 1 milyondan çox uşaq üçün bir dönüm nöqtəsi ola bilər," – deyə Pires qeyd edib.

    UNICEF rəsmisi vurğulayıb ki, atəşkəs yalnız ilk addımdır və çox təcili və təsirli addımlar atılmalıdır.

    "Münaqişənin bütün tərəfləri razılaşmanın tam həyata keçirilməsi üçün əllərindən gələni etməlidir. Atəşkəs uşaqların qətlinin və şikəst edilməsinin dayandırılacağına dair ümid yaradır. İsrailin hücumları nəticəsində 64 mindən çox uşaq həyatını itirib və ya yaralanıb. Onların təxminən 25 faizi ömürlük təsir göstərə biləcək xəsarətlər alıb." - deyə qeyd edib.

    Pires əlavə edib ki, UNICEF yardım çatdırmağa tam hazırdır, lakin vəziyyət hələ də son dərəcə kritikdir.

    "Uşaqlar arasında ölüm riski artır, çünki immun sistemləri zəifləyib və kifayət qədər qida ala bilmirlər. 50 min uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir və dərhal müalicəyə ehtiyacları var."

    UNICEF sözçüsü həmçinin İsrailin yardımların keçə bilməsi üçün mümkün qədər çox giriş nöqtəsi açmalı olduğunu vurğulayıb.

    Pires, əvvəlki atəşkəs dövründə UNICEF-in nələrə nail olduğunu xatırladaraq, bu dəfə də uşaqlara tezliklə həyat qurtaran yardımların çatdırılacağına ümid etdiklərini bildirib.

    Qeyd edək ki, İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əldə olunmuş atəşkəs razılaşmasını dünən axşam təsdiqləyib və ardınca İsrail ordusu bəzi işğal olunmuş ərazilərdən qismən geri çəkilməyə başlayıb.

    #Qəzza #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #UNICEF uşaq hesabatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.