Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İngiltərədən İsrailə Qəzza qərarı ilə bağlı sərt reaksiya

    8 Avqust 2025 12:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İngiltərədən İsrailə Qəzza qərarı ilə bağlı sərt reaksiya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İngiltərə, İsrail Təhlükəsizlik Kabinetinin "Qəzza şəhərinin" işğalını təsdiqləmə qərarının yanlış olduğunu bildirərək, bu qərarın dərhal yenidən nəzərdən keçirilməsi çağırışı edib.

    AzerVoice xəbər verir ki, İngiltərənin Baş naziri Keir Starmer, İsrail Təhlükəsizlik Kabinetinin Qəzza Zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləməsinə dair yazılı açıqlama verib.

    Baş nazir Starmer bildirib ki, "İsrail hökumətinin Qəzzadakı hücumlarını daha da şiddətləndirmə qərarı yanlışdır və bu qərarı dərhal yenidən nəzərdən keçirməsi üçün ciddi şəkildə çağırış edirik. Bu addım nə münaqişəyə son qoyacaq, nə də girovların azad olunmasına kömək edəcək. Sadəcə daha çox qan tökülməsinə səbəb olacaq."

    Starmer, Qəzzadakı humanitar böhranın hər keçən gün daha da pisləşdiyini, İsrailli girovların isə dəhşətli və insanlığa yaraşmayan şəraitdə saxlanıldığını vurğulayıb.

    "Bizim ehtiyacımız olan şey atəşkəsin elan olunması, humanitar yardımların artırılması, Həmasın əlində olan bütün girovların azad olunması və danışıqlar yolu ilə bir həll tapılmasıdır." - deyə Starmer qeyd edib.

    Starmer həmçinin bildirib ki, Həmas Qəzzanın gələcəyində heç bir rol oynamamalıdır, təşkilat silahlarını buraxmalı və bölgəni tərk etməlidir.

    "Müttəfiqlərimizlə birlikdə iki dövlətli həll çərçivəsində bölgədə sülhü təmin etmək və həm fələstinlilər, həm də israillilər üçün daha parlaq gələcək qurmaq üçün uzunmüddətli plan üzərində çalışırıq. Lakin hər iki tərəf səmimi niyyətlə danışıqlara başlamadığı müddətcə bu fürsət gözümüzün önündə yox olacaq. Mesajımız aydındır: Diplomatik həll mümkündür, lakin hər iki tərəf dağıdıcı yoldan dönməlidir." - deyə Starmer vurğulayıb.

    BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də məsələyə dair yazılı açıqlamasında İsrailin planının təcili şəkildə dayandırılmalı olduğunu bildirib və əlavə edib ki, "Bu plan, Beynəlxalq Ədalət Məhkəməsinin (UAD) İsrailin işğalına mümkün qədər tez son qoyulması, razılaşdırılmış iki dövlətli həllin həyata keçirilməsi və fələstinlilərin öz müqəddəratını təyin etmək hüququnun tanınması ilə bağlı qərarına ziddir."

    Türk əlavə edib ki, indiyə qədər əldə edilən bütün sübutlara əsasən, bu şiddət planı daha çox insanın zorla köçürülməsi, daha çox ölüm, ağlasığmaz iztirab, məntiqsiz dağıntılar və müharibə cinayətlərinə yol açacaq.

    "Qəzzadakı müharibə dərhal dayandırılmalıdır. İsraillilər və fələstinlilər sülh içində yanaşı yaşamalıdır." - deyə qeyd edib.

    O qeyd edib ki, İsrail hökuməti bu savaşı genişləndirmək yerinə, humanitar yardımın tam və maneəsiz şəkildə çatdırılmasına icazə verməli, vətəndaşların həyatını xilas etmək üçün bütün imkanlarını səfərbər etməlidir.

    Sonda Türk bildirib ki, Qəzzadakı girovlar və İsrail tərəfindən özbaşına saxlanılan fələstinlilər dərhal və qeyd-şərtsiz azad edilməlidir.

    Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı üçün yeni planı təsdiqləyib. Yerli mənbələr İsrail ordusunun bütün şəhəri ələ keçirmək üçün hazırlıqlara başladığını bildirir.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #İngiltərə #Qəzza hücumu #Qəzza münaqişəsi #HƏMAS və Hizbullah əlaqələri #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail-HƏMAS atəşkəsi #HƏMAS-ın mövqeyi #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44
    XƏBƏR LENTİ

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.