Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Trampın Braziliya ilə bağlı hədələri, ölkənin BRİKS-lə əlaqələrini möhkəmləndirir - Rəsmi

    27 İyul 2025 14:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampın Braziliya ilə bağlı hədələri, ölkənin BRİKS-lə əlaqələrini möhkəmləndirir - Rəsmi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.

    AzerVoice xəbər verir ki, bu barədə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

    Onun fikrincə, Trampın atdığı addımlar Braziliyanın BRİKS-lə əlaqələrini möhkəmləndirir, çünki Braziliya tərəfdaşlığını şaxələndirmək və tək bir dövlətdən asılı vəziyyətdə qalmamaq istəyir.

    Amorim həmçinin vurğulayıb ki, Braziliya hakimiyyəti Avropa, Asiya və Cənubi Amerikadakı digər ölkələrlə də əməkdaşlığı genişləndirmək niyyətindədir.

    Tramp haqqında danışan Amorim qeyd edib ki, “Ağ Ev rəhbərinin nə dostları, nə də maraqları var, yalnız istəkləri var”. O, ABŞ prezidentinin sabiq Braziliya prezidenti Jair Bolsonarunun məhkəmə prosesi ilə bağlı bəyanatlarını “ölkənin daxili işlərinə kolonial ruhda müdaxilə” kimi qiymətləndirib.

    Xatırladaq ki, bundan əvvəl Tramp avqustun 1-dən etibarən Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq edəcəyini elan etmişdi. Braziliya prezidenti Luis İnasio Lula da Silva isə Trampın bu qərarını iyulun sonunadək yenidən nəzərdən keçirməyəcəyi təqdirdə, eyni şəkildə cavab veriləcəyini vəd edib.

    #ABŞ #Donald Tramp #Braziliya #Gömrük rüsumu #rüsumlar #rüsum #Gömrük rüsumları #Donald Tramp Braziliya rüsum #Tramp Braziliya məhsullarına sanksiya #Braziliya ABŞ ticarət mübahisəsi #BRİKS və Braziliya əlaqələri #Selsu Amorim Financial Times açıqlaması #Lula da Silva Trampa cavab #ABŞ Braziliya ticarət münasibətləri #Trampın Braziliyaya qarşı 50 faiz rüsum qərarı #BRİKS Braziliya əməkdaşlığı möhkəmlənir #ABŞ və Braziliya arasında gərgin ticarət siyasəti #Selsu Amorim Trampın siyasətini tənqid edir #Trampın Jair Bolsonaru ilə bağlı fikirləri #Lula Trampa qarşı iqtisadi cavab tədbiri #Ağ Ev Braziliya daxili işlərinə qarışır #Trampın Braziliyaya qarşı ticarət hədəsi #Braziliya BRİKS və digər ölkələrlə əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    22 İyul 2026 19:33

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    İran çətin seçim qarşısındadır

    22 İyul 2026 19:23
    XƏBƏR LENTİ

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.