Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb

    17 İyul 2025 18:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriya hökumət qoşunlarının Suveyda şəhərini tərk etməsindən sonra qeyri-qanuni silahlı qruplaşmalar bölgədə kütləvi qırğınlar törədib.

    AzerVoice xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

    Məlumata gprə, hücumların əsas hədəfi ərəb bədəvi könüllü döyüşçüləri olub.

    Şəhərin şərqində yerləşən Əl-Mikuas rayonunda qadınlar və uşaqlar da daxil olmaqla mülki vətəndaşlar kütləvi şəkildə qətlə yetirilib. Hücumlar nəticəsində ölən və yaralananların dəqiq sayı hələlik bəlli deyil.

    Mənbələr bildiriblər ki, sağ qalan bədəvilər yeni hücum təhdidlərindən qorxaraq yaşadıqları yerləri tərk etməkdədirlər.

    Digər tərəfdən, Suriyanın “Al Watan” qəzeti yazır ki, Suveydadakı gərginliyin arxasında İsraillə yaxınlaşmanı dəstəkləyən və son günlərdə Dəməşq hakimiyyətinə qarşı itaətsizliyə çağırış edən radikal druz şeyxi Hikmət əl-Hicrinin tərəfdarları dayanır.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #Suriya #Dəməşq #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Bəşşar Əsəd və Dürzilər #Suveyda Üsyanı #Dürzi Liderləri #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #Hikmət əl-Hicri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.