Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran üçün plan hazırlayırıq - Katz

    4 İyul 2025 16:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran üçün plan hazırlayırıq - Katz
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran bir daha bizi təhdid etməsin deyə plan hazırlayırıq.

    AzerVoice xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz Livanın cənubundakı ordu hissələrinə səfəri zamanı verdiyi açıqlamada İranın İsraili yenidən təhdid etməsinin qarşısını almaq üçün xüsusi planların hazırlandığını bildirib.

    Katz qeyd edib ki, İsrail ordusu həm kəşfiyyat, həm də əməliyyat səviyyəsində İranın qarşısını almaq məqsədilə hava qüvvələrinin üstünlüyünü qorumağa hazır olmalıdır. O, bu planların əsas məqsədinin İranın nüvə proqramı ilə bağlı təhlükəni aradan qaldırmaq olduğunu vurğulayıb.

    Nazirin bu bəyanatı İsrail ilə İran arasında iyun ayında baş verən 12 günlük intensiv hava qarşıdurmasından sonra səsləndirilib. Həmin münaqişə zamanı İsrail İranın Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə hücum edərək, Tehranın nüvə silahı hazırlamasının qarşısını almağa çalışdığını açıqlamışdı.

    “Asharq Al-Awsat”ın məlumatına görə, bu hücumlar nəticəsində İsrailin bir sıra yüksək rütbəli hərbçiləri və nüvə alimləri həlak olub. Eyni zamanda İran rəsmiləri ölkədə baş verən hücumlarda 900-dən çox insanın həyatını itirdiyini bildirib. İranın cavab zərbələri nəticəsində isə İsraildə 28 nəfər ölüb.

    Qeyd edək ki, iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs razılaşması əldə olunub.

    #İsrail #İran #Benyamin Netanyahu #Livan #Tehran #İsrael Katz #İsrail-İran münaqişəsi #İran-İsrail gərginliyi #İran-ABŞ nüvə gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    25 Avqust 2026 22:34

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    25 Avqust 2026 21:50

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    25 Avqust 2026 21:16

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03

    BMT-nin fələstinli qaçqınlara yardım agentliyi artıq bizim əlimizdədir - İtamar Ben-Qvir

    25 Avqust 2026 20:31

    İsrailin hava zərbələri Livanın cənubundakı yaşayış məntəqələrini hədəfə alıb

    25 Avqust 2026 20:26

    İran və Oman Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizi yaratmağı müzakirə edir

    25 Avqust 2026 20:15

    Pakistan İranın Hörmüz şərtlərini Vaşinqtona çatdırmağa çalışır

    25 Avqust 2026 19:53

    Tehran Hörmüz boğazı üzərində suveren hüquqa malik olduğunu bildirib

    25 Avqust 2026 19:49

    İsrailin BMT mərkəzinə basqını beynəlxalq hüququ pozur - Fələstin

    25 Avqust 2026 19:44

    ABŞ-nin yeni sanksiyalarından sonra Tehranda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb

    25 Avqust 2026 19:21
    XƏBƏR LENTİ

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq

    Türkiyənin əhalisi 86,3 milyona çatdı

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    Suriyanın terroru dəstəkləyən ölkələr siyahısından çıxarılması ölkə iqtisadiyyatına necə təsir edəcək?

    Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?

    Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.