Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qəzzaya göndərilən yardımının çoxu talan edilib - BMT

    10 İyun 2025 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzaya göndərilən yardımının çoxu talan edilib - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəzzaya göndərilən unun çoxu silahlı dəstələr və aclıqdan əziyyət çəkən insanlar tərəfindən ələ keçirilib.

    AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin üç həftə əvvəl blokadanı qismən aradan qaldırmasına baxmayaraq, Qəzza zolağına az miqdarda un daxil olub və onun böyük hissəsi təyinat yerinə çatmadan talan edilib.

    BMT sözçüsünün müavini Farhan Haq bildirib ki, Kerem Şalom keçid məntəqəsindən 4600 metrik ton buğda unu göndərilsə də, bunun böyük hissəsi aclıqdan əziyyət çəkən insanlar və bəzi hallarda silahlı qruplar tərəfindən ələ keçirilib. BMT agentliklərinin hesablamalarına görə, bölgədəki ehtiyacları qarşılamaq üçün gündəlik ən azı 8-10 min ton un tələb olunur.

    Haq İsraili alternativ keçidlər və marşrutlar vasitəsilə daha çox yardımın Qəzzaya daxil olmasına icazə verməyə çağırıb.

    Qeyd edək ki, Qəzza zolağında aclıq riski getdikcə artır. Son statistikalar azyaşlı uşaqlar arasında kəskin qida çatışmazlığının üç dəfə artdığını göstərir. BMT, İsrail və ABŞ tərəfindən dəstəklənən Humanitar Fondu vasitəsilə yardımın çatdırılmasına qarşı çıxaraq, bu fondun yardımı siyasiləşdirdiyini və məcburi köçləri təşviq etdiyini iddia edir.

    #Qəzza zolağı #BMT #Qəzzada humanitar böhran #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.