Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp və Netanyahunun İranla bağlı danışığında fikir ayrılığı yaşanıb

    27 May 2025 15:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp və Netanyahunun İranla bağlı danışığında fikir ayrılığı yaşanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tramp və Netanyahunun İranla bağlı danışığında gərginlik yaşanıb.

    AzerVoice xəbər verir ki, İsrailin Kanal 12 televiziya kanalı ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında ötən həftə keçirilmiş telefon danışığı zamanı İranla bağlı ciddi fikir ayrılıqlarının yaşandığını bildirib.

    Məlumata görə, Tramp danışıqlarda “İranla diplomatik yolla razılaşma əldə etmək istəyirəm. Düşünürəm ki, yaxşı bir razılaşma mümkündür”, – deyə bildirib və hər iki tərəfin maraqlarına uyğun həll yolu axtardığını vurğulayıb. Bu yanaşma, daha əvvəl hər iki liderin İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı tam razılığa gəldiyi barədə yayılan məlumatlarla ziddiyyət təşkil edir.

    İsrail mediası Tramp və Netanyahunun danışıqlarını "gərgin" kimi təqdim etsə də, baş nazirin ofisi bu iddiaları təkzib edib. Rəsmi açıqlamada tərəflərin İranın nüvə silahına sahib olmaması mövzusunda razılıq əldə etdiyi bildirilib.

    ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem-in Netanyahuyla keçirdiyi görüş də bu kontekstdə diqqət çəkib. O, Fox News-a müsahibəsində Prezident Trampın İranla bağlı qərar vermək üçün vaxtının az olduğunu qeyd edərək, Netanyahu ilə koordinasiyalı şəkildə hərəkət etməyin vacibliyini bildirib. “İsraillə paylaşdığımız kəşfiyyat məlumatları danışıqlarda böyük rol oynayır”, – deyə o əlavə edib.

    Tramp, diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə, İrana qarşı hərbi variantın da gündəmdə olduğunu istisna etməyib.

    Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına əsasən, İran hazırda uranı 60 faizədək zənginləşdirir ki, bu da 2015-ci ildə imzalanan nüvə sazişində nəzərdə tutulan 3,67 faiz həddini çox üstələyir. Atom bombası üçün tələb olunan zənginləşdirmə səviyyəsi isə 90 faizdir.

    #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #İranın nüvə danışıqları #ABŞ-İran arasında nüvə danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    16 İyul 2026 22:37

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    16 İyul 2026 20:34

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    16 İyul 2026 20:15

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41
    XƏBƏR LENTİ

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.