Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ-ın müdafiə büdcəsini azaltmaq niyyətində deyiləm - Tramp

    25 May 2025 01:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-ın müdafiə büdcəsini azaltmaq niyyətində deyiləm - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ümumi həcmi təxminən 1 trilyon dollar olan ölkənin müdafiə büdcəsini azaltmaq niyyətində deyil.

    AzerVoice xəbər verir ki, bu barədə o, Nyu-York ştatındakı Vest-Poynt Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.

    “Biz elə indicə 1 trilyon dollarlıq hərbi büdcə hazırladıq. Bəziləri məndən soruşur ki, onu azalda bilərəmmi? Mən onu 10 sent belə azaltmayacağam. Azalda biləcəyimiz başqa xərclər var” – deyə, ABŞ Prezidenti qeyd edib.

    Tramp həmçinin qeyd edib ki, son dövrlərdə dünyada müharibə aparma üsulları xeyli dəyişib.

    “İndi dronlar var. Bu isə sizdən yeni müharibə aparma üsullarını öyrənməyi tələb edir” – deyə, Tramp məzunlara müraciət edib.

    Xatırladaq ki, bu ilin may ayının əvvəlində Ağ Ev 2026-cı maliyyə ili üçün (1 oktyabr 2025 – 30 sentyabr 2026) ABŞ büdcə layihəsini dərc edib. Layihədə müdafiə xarici xərclərin təxminən 22,6 faiz (təqribən 163 milyard dollar) azaldılması nəzərdə tutulur.

    #ABŞ #Donald Tramp #Ağ Ev #ABŞ müdafiə büdcəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    CENTCOM blokada barədə açıqlama verib

    4 İyun 2026 21:14

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    4 İyun 2026 20:37

    İran Küveyt və Bəhreynə zərbələrlə “tarazlığı” təmin etməyə çalışır

    4 İyun 2026 20:32

    İranın əvvəlki hücumları müdafiə məqsədli idi?

    4 İyun 2026 19:11

    Münaqişədə digər qonşu ölkələrin rolu nədir?

    4 İyun 2026 18:36

    ABŞ atəşkəsin vaxtını və tətbiq mexanizmini müəyyən edəcək

    4 İyun 2026 18:31

    ABŞ Nümayəndələr Palatası İrana qarşı müharibənin dayandırılmasına səs verdi - Bu qərar nəyi dəyişir?

    4 İyun 2026 17:00

    Tramp Livanda müharibəni bitirmək, Netanyahu isə bərpa etmək istəyir - Axios

    4 İyun 2026 15:50

    Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı

    4 İyun 2026 15:05

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    3 İyun 2026 22:12

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    3 İyun 2026 21:47

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    3 İyun 2026 21:43
    XƏBƏR LENTİ

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Birləşmiş Krallıq Livanın cənubunda BMT sülhməramlısının öldürülməsini pisləyib

    CENTCOM blokada barədə açıqlama verib

    Livan ordusu İsrailin geri çəkilməsindən sonra cənubda əsas yolu açıb

    İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3 526-ya çatıb

    Avropa qüvvələrinin qoşun yerləşdirmə prosesi necə həyata keçiriləcək?

    Hizbullah rəhbəri sərt xəbərdarlıq etdi: Livan bombalandığı müddətcə Şimali İsrail təhlükədə olacaq

    Hizbullah Livan-İsrail danışıqlarını sərt tənqid etdi

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.