Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar

    16 May 2025 15:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır.

    AzerVoice xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiya paketi hazırlandığını açıqlayıb.

    O, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı öncəsi çıxış edərək Moskvanın təzyiqlərə daha çox məruz qalacağını bildirib.

    Fon der Leyen Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsinin başlanması ilə yaradıldığını və bu formatın Avropa qitəsində sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Türkiyədə birbaşa görüş təklif etməsinə baxmayaraq, danışıqlarda iştirak etmədiyini, Ukrayna prezidenti Volodimir Zelenskinin isə buna hazır olduğunu xatırladıb. “Bu, prezident Putinin sülh istəmədiyini göstərir. Ona görə də təzyiqi artırmalıyıq” - deyə o vurğulayıb.

    Yeni hazırlanan sanksiyalar paketinə “Şimal axını 1 və 2” layihələrinə sanksiyalar, Rusiyanın kölgə donanmasından daha çox gəminin siyahıya alınması, Rusiya neftinin qiymətinin daha da aşağı salınması və maliyyə sektoruna yeni məhdudiyyətlər daxildir.

    Von der Leyen bildirib ki, Aİ-nin əsas prioriteti sülhün bərqərar olunmasıdır, lakin bu məqsədə çatmaq üçün Moskva üzərində təzyiqlər gücləndirilməlidir.

    Xatırladaq ki, Avropa İttifaqı indiyədək Rusiya Federasiyasına qarşı 16 sanksiya paketi tətbiq edib. Bu paketlər çərçivəsində ticarət, maliyyə, enerji (xüsusilə neft və kömür), sənaye, texnologiya və nəqliyyat sektorlarına, həmçinin lüks mallar, qızıl və almaz ticarətinə ciddi məhdudiyyətlər qoyulub. Bundan əlavə, bəzi Rusiya bankları SWIFT sistemindən çıxarılıb, bir sıra Rusiya media qurumlarının fəaliyyəti dayandırılıb. Sanksiya siyahısında hazırda 2000-dən çox şəxs və qurum yer alır.

    #Rusiya #Avropa İttifaqı (Aİ) #Vladimir Putin #Ukrayna #Zelenski #Ursula fon der Leyen #sanksiyalar paketi #sülh danışıqları #Rusiya-Ukrayna münaqişəsi #sanksiya siyahısı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Körfəzdəki vəziyyəti müzakirə edib

    18 İyul 2026 20:15

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    16 İyul 2026 20:49

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    16 İyul 2026 18:26

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    15 İyul 2026 21:01

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.