#sanksiya siyahısı

İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib. İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-la danışıqlar vasitəçilər üzərindən davam edir və Vaşinqton qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, Tehran da buna hazır olacaq. Nazir bu fikirləri “İranın azad və ticarət zonalarında imkanlar və investisiya fürsətləri” adlı milli konfransda çıxışı zamanı səsləndirib.

Aİ, Ukraynanın 2025-ci ilin martından etibarən qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını, lakin Rusiyanın hücumları gücləndirdiyini iddia edib. “Rusiya ölümlərə son qoymalı və sülh iradəsi göstərməlidir,” – deyə bəyanatda vurğulanıb. Aİ, Ukraynaya dəstəyini davam etdirəcəyini və 19-cu sanksiyalar paketi ilə Rusiyaya təzyiqi artıracağını açıqlayıb. Bu sanksiyaların hazırlanmasında ABŞ ilə əməkdaşlıq xüsusi olaraq qeyd olunub.

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirərək ora 1 fiziki şəxs, 13 şirkət və 8 neft tankerini daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sanksiyalar Yunanıstan vətəndaşı Antonios Marqaritisa da şamil olunub. Onun uzun illər ərzində İran nefti və neft məhsullarının tədarükünə yardım etdiyi iddia olunur. Siyahıya həmçinin Çində, Birləşmiş Ərəb Əmirliklərində və Marşall adalarında fəaliyyət göstərən şirkətlər, eləcə də Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqa və Barbuda bayrağı altında üzən tanker gəmiləri daxil edilib.