Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Trampın Yaxın Şərq səfəri Səudiyyədə başlayıb

    13 May 2025 11:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampın Yaxın Şərq səfəri Səudiyyədə başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfərinə Səudiyyə Ərəbistanından başlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Yaxın Şərqə ilk böyük diplomatik səfərinə start verib.

    Səfərin ilk dayanacağı Səudiyyə Ərəbistanıdır – bu ölkə, Trampın 2017-ci ildə də ilk xarici səfərinə başladığı və simvolik olaraq Körfəz siyasətində prioritet mövqedə saxladığı məkandır.

    Tramp bu səfər çərçivəsində həm regional münaqişələrin diplomatik həllinə töhfə verməyə, həm də iqtisadi və hərbi əlaqələri gücləndirməyə çalışacaq. ABŞ prezidentinin turnesi çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfəri planlaşdırılıb. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı İstanbulda keçirilə biləcək mümkün görüşlərdə iştirak ehtimalı da nəzərdən keçirilir.

    Prezidentin Səudiyyəyə çatmasından dərhal sonra diqqət çəkən hadisə ABŞ-İsrail və HƏMAS arasında vasitəçiliklə azad edilən israilli girov Edan Aleksandrın Qırmızı Xaç təşkilatına təhvil verilməsi olub. Tramp bu hadisəni "böyük xəbər" adlandıraraq, "O, evinə - valideynlərinin yanına qayıdır. Bu, həqiqətən də gözəl bir xəbərdir. Onun öldüyünü düşünürdülər" - sözlərini işlədib.

    Səfər çərçivəsində Trampın əsas gündəm mövzuları arasında Qəzzada davam edən müharibə, girovların taleyi, İranın nüvə proqramı və Yəməndəki husilərlə bağlı gərginliklər yer alır. ABŞ prezidenti qeyd edib ki, İranla nüvə məsələləri üzrə danışıqlarda "çox yaxşı şeylər baş verir". Lakin o, qətiyyətlə ,"İranın nüvə silahı ola bilməz" - deyə vurğulayıb.

    Trampın bu səfəri həm də onun İsrail ilə münasibətlərindəki son gərginliklərin fonunda baş tutur. ABŞ prezidenti İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid etməsə də, Baş nazir Binyamin Netanyahu ilə İran və husilərə qarşı strategiyalar məsələsində fikir ayrılığı yaşadığı bildirilir.

    Digər mühüm məqam isə Trampın bu dəfə İsraili tur marşrutuna daxil etməməsidir. Ekspertlər bunu, onun prioritetlərini Körfəz ölkələrinə yönəltməsi və Vaşinqtonun bölgədə dəyişən geosiyasi balansı nəzərə alaraq yeni strategiya tətbiq etməsi kimi qiymətləndirirlər.

    Səfər zamanı Trampın Qətər vasitəsilə atəşkəs danışıqlarının canlandırılması və daha çox girovun azad edilməsi üçün yeni təşəbbüslər irəli sürəcəyi gözlənilir. HƏMAS da ABŞ prezidentindən diplomatik səylərin davam etdirilməsini istəyib.

    ABŞ lideri, eyni zamanda, Rusiya və Ukrayna arasında danışıqların İstanbulda keçirilməsi ehtimalını da nəzərə alaraq planlarını dəyişə biləcəyini bildirib. “Əgər həmin vaxt bu, faydalı olacaqsa, mən orada olacağam”, – deyə o qeyd edib. Tramp həm Vladimir Zelenski, həm də Vladimir Putinin danışıqlarda iştirak edə biləcəyini ehtimal etdiyini deyib.

    Qeyd edək ki, Trampın bu səfəri onun ikinci müddətində beynəlxalq siyasətdəki ilk genişmiqyaslı addımlarından biri kimi qiymətləndirilir. Onun Körfəz ölkələrinə olan marağı, həm ABŞ-ın enerji və təhlükəsizlik maraqlarını, həm də strateji ticarət əlaqələrini yenidən qurmaq niyyətini ortaya qoyur.

    #BƏƏ #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #Yaxın Şərq #Trampın Yaxın Şərq siyasəti #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    3 İyun 2026 22:48

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    3 İyun 2026 22:37

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    3 İyun 2026 22:12

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    3 İyun 2026 21:47

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    3 İyun 2026 21:43

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    3 İyun 2026 21:21

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    3 İyun 2026 20:49

    Tramp Netanyahuya Beyrut hədələrinə görə irad tutub

    3 İyun 2026 20:44

    Netanyahu İranın vəziyyətini necə təsvir edib?

    3 İyun 2026 20:35

    Rubio Livan-İsrail görüşünü sülh üçün əhəmiyyətli hesab edir

    3 İyun 2026 20:32

    Brent nefti bir barrel üçün 97,41 dollara çatdı

    3 İyun 2026 19:55

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    3 İyun 2026 19:51
    XƏBƏR LENTİ

    Truth Social - Rəqəmsal qala necə siyasi yükə çevrildi?

    Kim Çen In nüvə proqramını genişləndirəcək

    Kılıçdaroğlu bələdiyyələr üçün yeni nəzarət mexanizmi yaradır

    Aprel ayında Türkiyədə neçə nəfər işsiz qaldı? - son statistika açıqlandı

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    Ford və Filsondan yeni ofrouder

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.