Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Britaniyanın Qəzzaya yardım edib həm də İsrailə silah satması əxlaqi olaraq ziddiyyətdir

    18 İyun 2024 18:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Britaniyanın Qəzzaya yardım edib həm də İsrailə silah satması əxlaqi olaraq ziddiyyətdir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA 

    Oxfam beynəlxalq yardım təşkilatının Böyük Britaniya üzrə rəhbəri Halima Begum Britaniyanın Qəzzaya humanitar yardım göndərib sülh çağırışı etməsi ilə yanaşı İsrailə silah satışını davam etdirməsini "əxlaqi cəhətdən ziddiyyət " adlandırıb.

    VOA xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinə müsahibə verən Begum deyib ki, Oxfam İsrailə silah satmaqda davam edən Britaniyaya qarşı açılmış bir məhkəmə işində iştirak edir.

    Bir müddət əvvəl İsrail və İordan çayının qərb sahilində bəzi rəsmilərlə təmasda olan Begüm İngiltərənin İsrailə silah satışı ilə bağlı mövqeyini anlaya bilmədiklərini ifadə edərək, “Satılan malların bütöv silah yoxsa silah komponentləri olduğunu söyləməyiniz çox mübahisəli bir məsələdir. Fərdi komponentlər çox sayda günahsız insanı öldürə biləcək silahların istehsalında istifadə edilir. Britaniya bu silah satışlarını dayandırmalıdır. Hökumət eyni anda həm humanitar yardım və bölgədə sülh çağrışları edib həm də bonba göndərə bilməz. Bu intelektual və əxlaqi olaraq ziddiyyət təşkil edir" - deyə o qeyd edib.

    İsrailə silah satışının dayandırılması ilə bağlı qəbul edilmiş qanunların işlək olmadığını vurğulayan Begüm, "Silahların minlərlə günahsız uşağı və ailəni öldürəcəyini bilə-bilə silah satışı hələ də niyə davam edir?" - deyə əlavə edib.

    Begüm Qəzzaya girə bilməsə də, təxliyə edilən Oxfam işçiləri vasitəsilə bölgədəki humanitar böhranın şahidi olduğunu bildirib.

    İngiltərə və ABŞ-ın keçmişdə İsrailə silah satışını dayandırdığını xatırladan Begüm, "(Keçmiş baş nazir) Marqaret Tetçer Livan müharibəsi zamanı İsrailə silah satışını dayandırmışdı. (ABŞ Prezidenti) Ronald Reyqan da 1982-ci ildə kaset sursatlarından ibarət silah ixracını dayandırmışdı. O, 12 avqustda parça-parça olmuş fələstinli uşaqların fotoşəkillərindən təsirləndiyini və İsrailin o zamankı baş naziri Manachem Beginə "Gələcəkdəki bütün əlaqələrim bundan asılıdır" dediyi söylənilir " - sözləri ilə məsələni əsaslandırmağa çalışıb.

    Britaniyaya görə, İsrailə satılan silahlar bu ölkənin silah idxalının bir faizindən azdır. Britaniya Xarici İşlər Nazirliyi isə Ticarət Departamentinin hazırladığı hüquqi rəy əsasında silah satışını nəzərdən keçirir. Qeyd edək ki, Oktyabrın 7-də İsrailin Qəzzaya hücumlarının başladığı gündən bu yana iki araşdırma həyata keçirən nazirlik silah və hərbi texnika satışını dayandırmaqdan imtina edib.

    Britaniyanın Qəzzaya yardım edib həm də İsrailə silah satması əxlaqi olaraq ziddiyyətdir
    #İsrail #Fələstin #Böyük Britaniya #Oxfam #sülh və silah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    23 İyul 2026 20:46

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    23 İyul 2026 20:44

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    23 İyul 2026 19:59

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    23 İyul 2026 19:33

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    23 İyul 2026 18:15

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30
    XƏBƏR LENTİ

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

    Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.