Bakı. AzerVoice:
Çinin mayın 3-də Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələri toplamaq üçün kosmosa göndərdiyi "Çanq'i 6" roveri Ayın qaranlıq tərəfinə enib.
AzerVoice xəbər verir ki, bu barədə Çin Milli Kosmos İdarəsi açıqlama verib.
Rover Ayın Cənub Qütbü-Aitken hövzəsindəki krater olan Apollon Bowl-a yumşaq eniş edib. Rover Aya endikdən sonra zondu ilə Ayın səthini qazmağa başlayacaq və robot qolu ilə torpaq və qaya nümunələrini toplamağa başlayacaq.
Nümunələrin toplanmasının 14 saat ərzində tamamlanacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, Sovet İttifaqının "Luna" peyki ilk dəfə 1959-cu ildə Ayın qaranlıq tərəfinin şəklini çəkdi və Sovet İttifaqı Elmlər Akademiyası 1960-cı ildə Ayın qaranlıq tərəfini təsvir edən ətraflı atlas nəşr edib.
1968-ci ildə ABŞ-ın insanlı Ay ekspedisiyası "Apollon 8" missiyasında iştirak edən astronavtlar Ayın qaranlıq tərəfini şəxsən görən ilk insanlar olub.
Hafiz Rufizoğlu