Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Pekində Müstəqillik Günü qeyd edilib

    27 May 2026 09:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pekində Müstəqillik Günü qeyd edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Pekində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    VOA xəbər verir ki, ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov çıxış edərək, Asiya ilə Avropanın kəsişməsində, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını vurğulayıb. Qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin tarixi qədim İpək Yolu dövrünə gedib çıxır.

    Diplomat 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Çinə rəsmi səfəri ilə əsası qoyulan yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini və ikitərəfli əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. O, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında təşəkkül tapmış qarşılıqlı etimad və dostluq münasibətlərinin siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdəki hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil etdiyini bildirib.

    “Azərbaycan Çin texnologiyalarını özünün enerji keçidini sürətləndirməkdə mühüm element kimi görür. Ölkələrimizin strateji yaxınlaşması, həmçinin Cənubi Qafqaz regionunda davamlı inkişafın, innovasiya və infrastruktur bağlantısının yeni və keyfiyyətli tərəfdaşlığın təməlini təşkil edir. Ölkələrimiz sadəcə tərəfdaş deyil, həm də regionda ticarət, texnologiya və davamlı inkişafın yeni arxitekturasının həmtəsisçiləridir”, - deyən səfir Bünyad Hüseynov əlavə edib ki, rəqəmsal iqtisadiyyat, süni intellekt, bərpaolunan enerji, “ağıllı şəhər”lərin inkişafı, sənaye parklarının yaradılması, Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracı üçün müasir aqrotexnologiya layihələrinə birgə investisiyaların qoyulması perspektivli istiqamətlərdəndir.

    “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan danışan diplomat Azərbaycanın Çindən sonra həm ölkə daxilində, həm də xaricdə bu qlobal təşəbbüsün həyata keçirilməsinə ən çox vəsait yatıran ikinci ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan Çin ilə Avropa arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün etibarlı logistika mərkəzinə çevrilir. Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin uzun illər sonra yenidən açılması təşəbbüsü gələcəkdə "Kəmər və yol” layihəsinə ölkəmizin növbəti töhfəsi olacaq.

    Səfir Bünyad Hüseynov iki ölkə arasında mədəni-humanitar əlaqələrdən danışaraq, çinli tələbələrin Pekin Xarici Dillər Universitetində Azərbaycan dilini öyrəndiyini, Azərbaycanın ali məktəblərində isə Konfutsi institutlarının uğurla fəaliyyət göstərdiyinii bildirib.

    Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlərin xalqların biri-birinə daha da yaxınlaşması üçün zəmin yaratdığını vurğulayan diplomat Heydər Əliyev Fondunun Azərbaycan ilə Çin arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsində oynadığı xüsusi roldan da danışıb. Fond Çində olan tərəfdaşları, xüsusilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə müxtəlif layihələri uğurla həyata keçirirlər.

    Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian çıxışında Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdırıb.

    “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə ardıcıl irəliləyiş əldə edib, ölkədə iqtisadi sabitlik, sosial dinamizm və xalqın rifahı təmin olunub, eyni zamanda, onun beynəlxalq nüfuzu sürətlə artmaqda davam edir. Yaxşı dost və tərəfdaş kimi Çin bundan məmnundur”, - deyən xüsusi nümayəndə əmin olduğunu bildirib ki, zəhmətkeş Azərbaycan xalqı milli inkişaf yolunda daha böyük uğurlar qazanacaq.

    Çin və Azərbaycan arasında qədim ənənələrə malik və daim inkişaf edən dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Sun Lincian son illər dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji baxışları ilə istiqamətləndirilən ikitərəfli münasibətlərimizin sürətlə inkişaf edərək, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Çinin iki lider arasında əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsindən məmnunluq duyduğunu bildirən xüsusi nümayəndə diqqətə çatdırıb ki, ikitərəfli yüksəksəviyyəli təmaslar cari ildə də davam edir.

    Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğulayıb, ilin birinci rübündə ikitərəfli ticarət dövriyyəsinin 30 faizdən çox artdığını deyib.

    “Çin tərəfi dövlət başçılarımız tərəfindən əldə olunmuş mühüm konsensusu əsas prinsip kimi rəhbər tutaraq, ənənəvi dostluğumuzu yeniləmək, qarşılıqlı siyasi etimadı möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək və beynəlxalq koordinasiyanı gücləndirmək üçün Azərbaycanla birgə çalışmağa hazırdır. Bununla da Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yüksək səviyyədə davamlı inkişafına təkan verəcəyik”, - deyə Çin rəsmisi bildirib.

    Sonra Azərbaycan musiqiçilərinin çıxışları olub.

    Pianoçu-bəstəkar, əməkdar artist və Prezident təqaüdçüsü Emil Əfrasiyab və xalq artisti Ənvər Sadıqov, əməkdar artist, tar ifaçısı Ələkbər Ələkbərov, əməkdar artist, zərb aləti üzrə mahir ifaçı İsgəndər Ələsgərov və bas qitara ifaçısı, Vətən müharibəsi veteranı Elvin Nəbiyev maraqlı musiqi proqramı ilə çıxış ediblər.

    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    Pekində Müstəqillik Günü qeyd edilib
    #Azərbaycan #Çin #28 May – Müstəqillik Günü #İkitərəfli münasibətlərin inkişafı #Pekin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04
    XƏBƏR LENTİ

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.