Bakı. AzerVoice:
Böyük Britaniya ekstremist İsrail qruplarına və işğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqların arxasında duran bir sıra şəxslərə qarşı yeni sanksiyalar elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu son sanksiya hücumlara rəhbərlik edən iki qrupu və Fələstin mülki vətəndaşlarına qarşı şiddətli zorakılığa görə birbaşa məsuliyyət daşıyan dörd şəxsi hədəf alır. İsrail hakimiyyəti sözügedən hücumlara görə məsuliyyət daşıyanlara qarşı sərt tədbirlər görməlidir", - deyə məlumatda qeyd edilib.