Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Cənubi Koreya prezidenti Yoon Suk Yeol məhkəmə qarşısına çıxarılıb

    21 Yanvar 2025 15:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubi Koreya prezidenti Yoon Suk Yeol məhkəmə qarşısına çıxarılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etməsi ilə əlaqədar prezidentlikdən uzaqlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeolun impiçment üzrə məhkəmə prosesi bu gün Konstitusiya Məhkəməsində başlayıb.

    AzerVoice xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Yoon saxlandığı Seul təcridxanasından dinləmənin keçirildiyi Konstitusiya Məhkəməsinə gətirilib.

    O, yerli vaxtla saat 14:00-da məhkəməyə qatılaraq hərbi vəziyyətin elan olunması ilə bağlı müdafiə çıxışı edəcək.

    Bu arada, yüzlərlə Yoon tərəfdarı məhkəmə binasının qarşısına toplaşaraq, ona dəstək nümayişləri keçirir.

    Xatırladaq ki, Konstitusiya Məhkəməsi 2024-cü il dekabrın 14-dən etibarən Yoonun işdən çıxarılması ilə bağlı işə baxır. Altı ay ərzində yekun qərar veriləcəyi gözlənilir. Əgər məhkəmə Yoonun prezidentlikdən tamamilə uzaqlaşdırılmasına qərar verərsə, Cənubi Koreyada 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

    Yonhap qeyd edir ki, Yoon impiçment məhkəməsində iştirak edən ilk dövlət başçısıdır. Daha əvvəl impiçment prosesi ilə üzləşən keçmiş prezidentlər Roh Muhyun və Park Kın He dinləmələrə qatılmayıblar.

    Qeyd edək ki, Yoon, hərbi vəziyyət elan etməsinin konstitusiyaya zidd olması ilə bağlı Milli Assambleyanın tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Yanvarın 15-də həbs edilən Yoon, "iğtişaşa rəhbərlik etmək" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" kimi ağır ittihamlarla üzləşir. İlk sorğu-sual zamanı o, ifadə verməkdən imtina edib.

    #Cənubi Koreya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    İran Cənubi Koreya gəmisinə hücum iddialarını rədd etdi

    7 May 2026 09:44

    Şimali Koreya yenidən ballistik raket sınaqları keçirdi - Seul–Pxenyan gərginliyi artır

    8 Aprel 2026 12:50

    ABŞ-ın qeyri-müəyyənliyinə məruz qalmaq istəmirik - Makron

    3 Aprel 2026 14:32

    İranın nüvə məsələsi müharibə ilə həll oluna bilməz - Makron

    2 Aprel 2026 15:35

    Raket zərbələrinin nəticələrinin aradan qaldırılması 5 ilə qədər çəkə bilər - QatarEnergy

    20 Mart 2026 15:48

    Cənubi Koreya Hörmüz boğazına hərbi kontingent göndərməyi planlaşdırır

    15 Mart 2026 11:12

    Şimali Koreya Yaponiya dənizi istiqamətinə onlarla ballistik raket atıb

    14 Mart 2026 12:19

    Cənubi Koreya ilə birgə layihələrin inkişaf etdirilməsini prioritet hesab edirik - Bayraktar

    25 Fevral 2026 15:41

    Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbsə məhkum edildi

    19 Fevral 2026 11:28

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10
    XƏBƏR LENTİ

    Şumer və Babil memarlığının zirvə nöqtəsi Zikkurat nədir?

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    Almaniya kilsəsində inamın azalması: Niyə almanlar imanlarını itirir?

    Yuxuda qandal görmək necə yozulur

    Şahzadə Bəyazidə niyə İldırım deyirdilər? Titulun pərdəarxası

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.