Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ Pakistanın raket proqramına qarşı əlavə sanksiyalar tətbiq edir

    19 Dekabr 2024 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Pakistanın raket proqramına qarşı əlavə sanksiyalar tətbiq edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Birləşmiş Ştatlar, dünən (çərşənbə günü) nüvə silahına malik Pakistanın uzaqmənzilli ballistik raket proqramına, o cümlədən bu proqrama nəzarət edən dövlət qurumuna qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin verdiyi açıqlamaya görə, Milli İnkişaf Kompleksi (NDC) və üç şirkətə qarşı tətbiq edilən sanksiyalar “kütləvi qırğın silahları istehsalçılarını və onların yayılması vasitələrini” hədəf alan icra sərəncamı çərçivəsindədir.

    Bu sanksiyalar, hədəf təşkilatlara məxsus ABŞ əmlakını dondurur və amerikalıların həmin təşkilatlarla iş aparmasına mane olur.

    Pakistan Xarici İşlər Nazirliyi, ABŞ-ın bu hərəkətini "qərəzli" olaraq qiymətləndirib.

    Nazirlik, Pakistanın Hindistanla olan nüvə silahı sahəsindəki rəqabətinə açıq şəkildə istinad edərək, bu addımın regional sabitliyə zərər verəcəyini bildirib. ABŞ Dövlət Departamentinin məlumatına görə, İslamabadda yerləşən MDM (Milli Müdafiə Nazirliyi) uzun mənzilli ballistik raket proqramı üçün komponentlər və raket sınaq avadanlığı axtarır. Məlumatda qeyd olunub ki, MDM Pakistanın ballistik raketlərinin, o cümlədən Şahin raketinin hazırlanmasına cavabdehdir.

    Qeyd edək ki, Pakistan 1998-ci ildə ilk nüvə silahı sınağını keçirərək, bu sahədə yeddinci ölkə olub. "Bülleten of Atomic Scientists" hesab edir ki, Pakistanın arsenalında təxminən 170 döyüş başlığı var. Lakin İslamabad, nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədini güdən Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamaqdan imtina edib.

    ABŞ Dövlət Departamentinin məlumatına əsasən, sanksiya tətbiq edilən digər təşkilatlar arasında Affiliates International, Akhtar & Sons Private Limited və baş ofisi Karaçidə yerləşən Rockside Enterprises var. Bu şirkətlər avadanlıq alışı üçün MDM ilə əməkdaşlıq ediblər. Metyu Miller, "Birləşmiş Ştatlar silahların yayılmasına və satınalma fəaliyyətlərinə qarşı mübarizəyə davam edəcək" deyib.

    #ABŞ #Pakistan #nüvə silahı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    9 Avqust 2026 03:00

    ABŞ İrandan ticarət gəmilərinə atəş açmamaq barədə öhdəlik istəyir - Cey Di Vens

    8 Avqust 2026 22:59

    İran Hörmüz boğazında keçid haqqı tətbiq etməyəcək - Cey Di Vens

    8 Avqust 2026 22:05

    İran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında altı şərt irəli sürüb

    8 Avqust 2026 21:36

    ABŞ-nin müharibəni davam etdirmək üçün kifayət qədər sursatı var - Pentaqon

    8 Avqust 2026 21:01

    ABŞ-yə ciddi xəbərdarlıq - Hörmüz boğazındakı yeni qaydaları qəbul etməkdən başqa yol yoxdur

    8 Avqust 2026 20:15

    Körfəz ölkələri Tehranın təzminat tələbindən niyə narahatdır?

    8 Avqust 2026 20:08

    Hörmüz boğazının açılması üçün ABŞ İrana təzminat ödəməlidir - Abbas Əraqçi

    8 Avqust 2026 19:46

    Kürdüstan bölgəsi heç bir münaqişənin tərəfi olmaq istəmir - İraq

    8 Avqust 2026 18:34

    Hörmüz boğazı ilə bağlı Omanla razılaşma çox yaxındır - İran

    8 Avqust 2026 18:26

    İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoyub

    8 Avqust 2026 18:16

    İraqın neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda 75 faiz azalıb

    8 Avqust 2026 18:12
    XƏBƏR LENTİ

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    2026-cı il Toyota Corolla Cross Hybrid sınaqdan keçdi

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.