Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Gürcüstanın yeni prezidenti Aİ üzvlüyünə dəstək verib

    16 Dekabr 2024 10:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Gürcüstanın yeni prezidenti Aİ üzvlüyünə dəstək verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili, ölkəsinin Avropa İttifaqına (Aİ) inteqrasiyasının milli maraqlara uyğun olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, dünən Gürcüstan parlamentində yaradılmış 300 nəfərlik Seçki Şurası tərəfindən 6-cı prezident seçilən Kavelaşvili, Gürcüstan və Aİ arasındakı münasibətləri dəyərləndirib.

    O, noyabrın 28-də başlayan və baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarının dörd il müddətinə dayandırılmasına qarşı keçirilən nümayişlərə oxunub. Kobaxidzenin qərarını müdafiə edən Kavelaşvili vurğulayıb ki, Gürcüstan hökuməti Aİ-yə inteqrasiyanı dayandırmayıb, sadəcə qarşılıqlı hörmət və şəffaflıq tələb edir.

    Kavelaşvili, Aİ-ni Gürcüstana qarşı ikili standartlar tətbiq etməkdə günahlandıraraq, "Avropa İttifaqı ilə bağlı uzunmüddətli bir proses planlaşdırmışıq və bunu davamlı şəkildə həyata keçirəcəyik. Gürcüstanın Avropa İttifaqına üzvlüyü milli dəyərlərin qorunması şərti ilə baş tutmalıdır." -deyə bildirib. O əlavə edib ki, baş nazir Kobaxidze Aİ ilə danışıqlara başlamağa hazırdır, lakin bunun üçün ittifaqın “həqiqətən” hazır olması lazımdır.

    Qeyd edək ki, Mixail Kavelaşvili, əvvəllər Gürcüstan Milli Futbol Komandasının üzvü olub və 2016-cı ildən parlamentdə fəaliyyət göstərir. O, hakim “Gürcü arzusu” partiyasının yeganə namizədi kimi seçkiyə qatılıb və Gürcüstan tarixində ilk dəfə prezident 300 nəfərlik Seçicilər Kollegiyası tərəfindən seçilib.

    Eyni zamanda, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili seçkiləri legitim hesab etmədiyini bəyan edib. O, hakim partiyanı təkpartiyalı hakimiyyət qurmaqda ittiham edib və öz kabinetini tərk etməyəcəyini bildirib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə Zurabişvilinin dekabrın 29-da vəzifəsini tərk etməli olduğunu qeyd edib.

    Seçkilərə etiraz olaraq dünən parlament qarşısında aksiyalar keçirilib. Andiçmə mərasiminin dekabrın 29-da keçiriləcəyi elan edilib.

    #Avropa İttifaqı (Aİ) #Gürcüstan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi üçün tapşırıqlar verildi

    29 May 2026 10:53

    ABŞ və İran təhlükəli mərhələdədir - Kallas

    28 May 2026 11:11

    İrlandiya Almaniyanın Ukrayna planına etiraz edib

    23 May 2026 12:41

    İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

    22 May 2026 19:16

    Aİ Ukrayna münaqişəsi bitdikdən sonra Rusiyadan qaz alacaq - Maqyar

    21 May 2026 16:45

    Merts Ukrayna üçün Aİ-də “ortak üzvlük” təklif etdi

    21 May 2026 14:21

    Aİ Ukraynaya 3,2 milyard avroluq yeni dəstək ayırır

    20 May 2026 15:56

    Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə gediş haqqı açıqlanıb

    20 May 2026 15:21

    Avropa hələ dünyanın ən güclü qitəsi deyil - Merkel

    19 May 2026 16:49

    Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

    18 May 2026 11:34

    Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

    5 May 2026 18:24

    “Bakı Marafonu 2026” başlayır

    3 May 2026 10:14
    XƏBƏR LENTİ

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.