Bakı. AzerPress:
Qabriel Attal Fransanın yeni baş naziri təyin olunub.
AzerPress xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat verib.
Məlumata görə, müvafiq qərar Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul olunub.
Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti baş nazir Elizabet Bornu istefaya göndərib.
34 yaşlı Qabriel Attal Fransa tarixində ən gənc baş nazirdir. Bundan əvvəl o, ölkənin təhsil naziri olub.