Bakı,
AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bloomberg televiziyasına
verdiyi müsahibədə gündəmi dəyərləndirib və Türkiyənin Ukraynanın
mümkün NATO üzvlüyünə yanaşmasını şərh edib.
AzerVoice xəbər verir ki, "Onların NATO-ya üzv olmaq istəyi ilə bağlı heç nə demirik, lakin çox realist olmalıyıq," – deyə Fidan vurğulayıb.
Nazir ABŞ-da mümkün hakimiyyət dəyişikliyinin Ukraynanın NATO-ya üzvlük perspektivinə təsiri barədə sualı da cavablandırıb.
"Əvvəlki administrasiyanın belə Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmadığından əmin deyiləm. Buna görə də bu məsələdə köklü bir siyasət dəyişikliyi gözləmirəm," – deyə o bildirib.
Fidan həmçinin qeyd edib ki, Türkiyə bu məsələni avropalı tərəfdaşları və Ukraynalı dostları ilə müzakirə edir. O vurğulayıb ki, Ukrayna NATO-ya üzvlük məsələsini yalnız alyansa qoşulmaq üçün deyil, həm də öz təhlükəsizliyini təmin etmək üçün gündəmdə saxlayır.
"Bizim rəsmi mövqeyimiz prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi aydındır: realist olmalıyıq," – deyə nazir əlavə edib.