Şimali Afrika

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "Asharq Al-Awsat" nəşrinə verdiyi müsahibədə rəsmi Madridin Yaxın Şərqdə artan gərginliklə bağlı qəti mövqeyini açıqlayıb. Nazir İranın Səudiyyə Ərəbistanı Krallığına və Körfəzin digər ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını "tamamilə əsassız" adlandıraraq, İspaniyanın bu təhdidlər qarşısında Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu bəyan edib.

Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.

Misir dövlət mediası və Qırmızı Aypara rəsmisinin verdiyi məlumata görə, Qəzzanın Misirlə sərhədindəki keçid məntəqəsi cümə axşamı günü məhdud sayda insan üçün yenidən açılıb. Bu, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən bəri ilk belə haldır. AFP-yə anonim açıqlama verən Misir Qırmızı Aypara rəsmisi Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə fəaliyyətini bərpa etdiyini bildirib. Bu, fələstinli xəstələrin Misirə keçməsinə, Misirdə qalan fələstinlilərin isə Qəzzaya qayıtmasına imkan verəcək. Misir kəşfiyyatına yaxınlığı ilə bilinən "Al-Qahera News" telekanalı Misir tərəfində tibbi müalicə alan fələstinlilərin Qəzzaya qayıtmaq üçün hazırlaşdıqlarını göstərən görüntülər yayımlayıb.

Misir hökuməti Yaxın Şərqdə genişlənən hərbi gərginlik fonunda ərəb dövlətlərinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün vahid birgə hərbi qüvvənin yaradılması təklifini yenidən gündəmə gətirib. Misirin Xarici İşlər naziri Bədr Abdelatti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə keçirilən görüşdə regionun hərtərəfli xaos və genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bazar ertəsi Ciddə şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisini qəbul edib. Misir Rəyasət Heyətinin yaydığı məlumata görə, bu səfərin əsas məqsədi maraq kəsb edən müxtəlif regional və beynəlxalq məsələlər ətrafında məsləhətləşmələri və koordinasiyanı davam etdirməkdir.

Fransanın daxili işlər naziri Loran Nunyezin əlcəzairli həmkarı Səid Səyudun dəvəti ilə Əlcəzairə etdiyi iki günlük (bazar ertəsi və çərşənbə aqşamı) səfərin nəticələri barədə qəti hökm vermək hələ tez ola bilər. Lakin Fransanın rəsmi dairələrinin qənaətinə görə, bu səfər keçən il ən pis dövrünü yaşayan iki ölkə arasındakı "münasibətlər divarında bir dəlik aça bilib".

Misir prezidenti Əbdülfəttah əs-Sisi baş nazir Mustafa Mədbuli ilə keçirdiyi rəsmi görüşdə nazirlər kabinetində dəyişiklik edilməsi məsələsini müzakirə edib. Prezidentliyin yaydığı rəsmi bəyanata görə, Sisi yeni formalaşacaq hökumətin fəaliyyətinin dövlətin strateji maraqlarına tam uyğun gəlməsinin vacibliyini vurğulayıb. O, yeni kabinetin milli təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, istehsalın artırılması, enerji və qida təhlükəsizliyi, həmçinin insan kapitalının inkişafı kimi prioritet hədəfləri reallaşdırmalı olduğunu qeyd edib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, hadisədən yalnız iki nigeriyalı qadın sağ çıxa bilib. Xilas edilən qadınlardan biri həyat yoldaşını, digəri isə iki körpəsini itirdiyini bildirib. Faciə nəticəsində 53 nəfər, o cümlədən iki südəmər körpə dənizdə itkin düşüb. Qayığın suya buraxıldıqdan təxminən 6 saat sonra su sızması səbəbindən çevrildiyi bildirilir.

Əlcəzairin rəsmi xəbər agentliyi (APS) şənbə günü verdiyi məlumatda bildirib ki, Əlcəzair 2013-cü ilin may ayında Əbu-Dabidə imzalanmış Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava nəqliyyatı xidmətləri haqqında sazişin ləğvi prosedurlarına başlayıb. “Əlcəzair Demokratik Xalq Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 13 may 2013-cü il tarixində Əbu-Dabidə imzalanmış və 30 dekabr 2014-cü il tarixli prezident fərmanı ilə təsdiq edilmiş hava xidmətləri haqqında sazişin ləğvi üçün zəruri prosedurlara başlanılıb”. – deyə agentliyin xəbərində deyilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə–Misir İş Forumunun bağlanış iclasında çıxış edib. Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə–Misir iqtisadi münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Misir Türkiyənin Afrikadakı ən böyük ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması əsas hədəf olaraq qalır. Prezident qeyd edib ki, mövcud göstəricilər bu hədəfdən geri qalsa da, tərəflərin iqtisadi potensialı daha böyük nəticələr əldə etməyə imkan verir.

Liviya mediasında ölkənin sabiq lideri Müəmmər Qəddafinin böyük oğlu Seyfülislam Qəddafinin öldürüldüyü barədə xəbərlər yayılıb. Liviya rəsmi xəbər agentliyi LANA-da yayılan məlumatda Seyfülislam Qəddafinin həyatını itirdiyi iddia edilib. Onun müşaviri və siyasi komandasının rəhbəri Abdullah Osman Seyfülislamın öldüyünü təsdiqləsə də, ölümün təbii səbəblərdən, yoxsa hücum nəticəsində baş verdiyi barədə detallar açıqlanmayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.