Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Şimali Afrika
    Şimali Afrika

    Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib

    24 Dekabr 2025 22:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Əlcəzair parlamenti Fransanın ölkədəki müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanunu yekdilliklə qəbul edib. Qanunda Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti nəticəsində baş verən hadisələrə görə hüquqi məsuliyyət daşıdığı bildirilir, həmçinin rəsmi üzrxahlıq və təzminat tələbləri irəli sürülür.

    AzerVoice-un məlumatına görə, səsvermə zamanı deputatlar milli bayrağın rənglərini əks etdirən şərflərlə parlament zalında ayağa qalxaraq qanunun qəbulunu alqışlayıblar. Qanun mətnində Fransanın “Əlcəzairdəki müstəmləkəçilik keçmişinə və onun törətdiyi faciələrə görə hüquqi məsuliyyət daşıdığı” qeyd olunub.

    Qərar Əlcəzair və Fransa arasında münasibətlərin ciddi diplomatik böhran mərhələsində olduğu bir vaxta təsadüf edir. Analitiklərin fikrincə, bu addım əsasən simvolik xarakter daşısa da, siyasi baxımdan əhəmiyyətlidir.

    Əlcəzair parlamentinin sədri Brahim Buğali səsvermədən əvvəl dövlət xəbər agentliyi APS-ə bildirib ki, qanun “Əlcəzairin milli yaddaşının nə silinə, nə də müzakirə predmeti edilə biləcəyinə dair həm daxili, həm də xarici auditoriyalara açıq mesaj” verir.

    Qanunda Fransanın müstəmləkəçilik dövründə törətdiyi cinayətlər sırasında nüvə sınaqları, məhkəməsiz edamlar, fiziki və psixoloji işgəncələr, həmçinin təbii sərvətlərin sistemli şəkildə talan edilməsi sadalanır. Sənəddə vurğulanır ki, Fransa müstəmləkəçiliyinin səbəb olduğu bütün maddi və mənəvi zərərlərə görə tam və ədalətli kompensasiya Əlcəzair dövləti və xalqının ayrılmaz hüququdur.

    Fransanın Əlcəzair üzərində 1830–1962-ci illəri əhatə edən hakimiyyəti iki ölkə arasında münasibətlərdə uzun müddətdir həssas mövzu olaraq qalır. Bu dövr kütləvi qırğınlar, deportasiyalar və 1954–1962-ci illərdə baş vermiş qanlı müstəqillik müharibəsi ilə xarakterizə olunur.

    Əlcəzair tərəfi müharibə nəticəsində 1,5 milyon nəfərin həlak olduğunu bildirir. Fransalı tarixçilər isə ölənlərin sayını ümumilikdə 500 min nəfər olaraq qiymətləndirir, onlardan təxminən 400 mininin Əlcəzair vətəndaşı olduğunu qeyd edirlər.

    Fransa Prezidenti Emmanuel Makron daha əvvəl Fransanın Əlcəzairdəki müstəmləkəçilik siyasətini “insanlığa qarşı cinayət” kimi xarakterizə etsə də, rəsmi üzrxahlıq etməyib.

    Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavre isə ötən həftə qanun layihəsi ilə bağlı suala cavab olaraq, digər ölkələrdə gedən siyasi müzakirələrə münasibət bildirməyəcəklərini deyib.

    Böyük Britaniyanın Ekseter Universitetində müstəmləkəçilik tarixi üzrə araşdırmaçı Hosni Kituni bildirib ki, bu qanunun beynəlxalq hüquqi qüvvəsi yoxdur və Fransa üçün hüquqi öhdəlik yaratmır. Onun sözlərinə görə, sənədin əsas əhəmiyyəti siyasi və simvolik xarakter daşımasıdır və Fransa ilə münasibətlərdə tarixi yaddaş baxımından yeni mərhələnin başlandığını göstərir.

    #hüquqi məsuliyyət #Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib #Əlcəzair parlamenti Fransanın müstəmləkəçilik keçmişi ilə bağlı qanun qəbul edib #Əlcəzair Fransadan üzrxahlıq və təzminat tələbini qanuniləşdirib #Fransa–Əlcəzair münasibətlərində tarixi yaddaşla bağlı yeni addım #Əlcəzair müstəmləkəçilik dövrünü hüquqi məsuliyyət kimi tanıyıb #müstəmləkə dövrü #insanlığa qarşı cinayət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NASA xəritələrində Afrikanın qırmızı görünməsinin səbəbi nədir? Afrika yanırmı?

    30 İyul 2026 12:28

    Misirin Dəmiyət limanında qaz tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib

    29 İyul 2026 21:14

    Türkiyəyə səfər edən Misir turistlərinin sayı artıb (ÖZƏL)

    29 İyul 2026 13:00

    Nasirin güvəndiyi mühəndis - Yunis Britaniya və Fransanı Süveyş kanalında necə məğlub etdi?

    29 İyul 2026 06:00

    Misir İsrailin UNRWA təlim mərkəzinə keçirdiyi reydi pisləyib

    28 İyul 2026 18:37

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    22 İyul 2026 15:04

    Yunanıstan mətbuatı: Türkiyə ilə Misirin müdafiə sahəsində yaxınlaşması Afinada narahatlıq yaradır

    16 İyul 2026 10:00

    3 dinar və 65 qoyun... Misirin fəthindən sonra müsəlmanlar və yerli əhali arasında münasibətlər

    9 İyul 2026 09:00

    Ağ Ev Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edib

    8 İyul 2026 13:38

    Misir yaxın günlərdə Avropa İttifaqından 1,5 milyard avro maliyyə dəstəyi alacaq

    5 İyul 2026 15:30

    Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

    17 May 2026 18:12

    Meksikada minlərlə gizli cəsəd saxlanılması üzə çıxıb

    1 İyul 2025 16:54
    XƏBƏR LENTİ

    İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

    Körfəz Əməkdaşlıq Şurası İranın Küveyt və İordaniyaya hücumlarını kəskin pisləyib

    İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

    İordaniya Küveytə edilən ölümcül hücumu suverenliyə açıq təcavüz adlandırdı

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

    Qətər İranın İordaniya və Küveytə hücumlarını pisləyib

    Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir - İsmayıl Bəqai

    Qətərin LNG tankeri üç həftədən sonra ilk dəfə Hörmüz boğazından keçib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.