Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Yunanıstan mətbuatı: Türkiyə ilə Misirin müdafiə sahəsində yaxınlaşması Afinada narahatlıq yaradır

    16 İyul 2026 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yunanıstan mətbuatı: Türkiyə ilə Misirin müdafiə sahəsində yaxınlaşması Afinada narahatlıq yaradır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə ilə Misir arasında müdafiə sənayesi sahəsində son dövrdə müşahidə olunan yaxınlaşma Yunanıstanda narahatlıq doğurur. Yunanıstanın Kathimerini qəzeti bu barədə məqalə yayımlayıb.

    "Türkiyə və Misir müdafiə sahəsində yaxınlaşır" başlıqlı məqalədə qeyd olunur ki, iyulun 13-də Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Misirin müdafiə və hərbi istehsal naziri general-leytenant Əşrəf Salim Zahirlə görüşüb.

    Nəşrin yazdığına görə, görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi çərçivəsini müəyyənləşdirəcək niyyət məktubu imzalanıb.

    Məqalədə həmçinin Misirin müdafiə sənayesi ilə bağlı Türkiyədə keçirdiyi təmaslara diqqət çəkilərək bildirilir ki, Qahirə Türkiyənin ən çox ixrac etdiyi müdafiə məhsullarından biri olan pilotsuz uçuş aparatlarının istehsalı üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.

    Qəzetin məlumatına əsasən, Türkiyə və Misir hava, dəniz və quru qoşunlarının iştirakı ilə birgə hərbi təlimlər keçirir.

    Bundan əlavə, Misirdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən dördtərəfli görüşün əhəmiyyəti vurğulanır. Bildirilir ki, həmin görüşdə Türkiyə və Misir Liviya ilə bağlı bir sıra məsələlər üzrə ortaq mövqeyə gəliblər.

    "Kathimerini" qeyd edir ki, Türkiyə ilə Misirin yaxınlaşması hazırda Yunanıstanın maraqları üçün birbaşa təhlükə yaratmasa da, regiondakı geosiyasi balansın dəyişməsi fonunda Afinanın narahatlığını artıran amillərdən biri kimi qiymətləndirilir.

    #Türkiyə Misir müdafiə əməkdaşlığı #Türkiyə Misir hərbi əməkdaşlığı #Türkiyə Misir müdafiə sənayesi #Türkiyə Misir niyyət məktubu #Haluk Görgün Misir görüşü #Türkiyə PUA ixracı #Misirdə PUA istehsalı #Türkiyə Misir birgə hərbi təlimləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    30 Avqust 2026 18:49

    Türkiyə Nigerə dəstəyini açıqladı

    30 Avqust 2026 11:40

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    TOGAN PUA-sına yeni nəsil kəşfiyyat sistemi quraşdırıldı

    29 Avqust 2026 09:56

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Ərdoğanın Yaxın Şərq səfərində Qəzza və Vaşinqton ilə Tehran arasındakı gərginlik müzakirə olunacaq

    3 Fevral 2026 12:10

    Misir - Türkiyə hərbi yaxınlaşması: ortaq koordinasiyanı gücləndirir, “qonşuluqda” narahatlıq yaradır

    1 Oktyabr 2025 22:00

    Azərbaycan və Ermənistan arasında sülh prosesi Qəzzə və Suriya üçün nümunə ola bilər - Misir

    9 Avqust 2025 15:36

    Türkiyə-Misir hərbi əməkdaşlığı Ərəb mediasının gündəmindədir

    3 Avqust 2025 13:35
    XƏBƏR LENTİ

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.