Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.
#hüquqi məsuliyyət
Əlcəzair parlamenti Fransanın ölkədəki müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanunu yekdilliklə qəbul edib. Qanunda Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti nəticəsində baş verən hadisələrə görə hüquqi məsuliyyət daşıdığı bildirilir, həmçinin rəsmi üzrxahlıq və təzminat tələbləri irəli sürülür.
Meksikanın Syudad Xuares şəhərində təhlükəsizlik qüvvələri anonim məlumat əsasında 6 dəfn evinə xidmət edən krematoriuma basqın edib və oradan 383 cəsəd və qalıqlar aşkar ediblər.