Bakı, AzerVoice
Misir Ali Təhsil Naziri Əymən Aşur nazirliyin Yeni İnzibati Paytaxtdakı baş qərargahında birgə əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Azərbaycan Dövlətinin Qahirədəki səfiri Elxan Poloxovu qəbul edib .
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, görüş zamanı nazir Azərbaycan səfirini səmimi salamlayaraq, iki ölkə arasında qardaşlıq əlaqələrinin dərin olduğunu qeyd edib. Nazir iki dövlər arasında dərin əlaqələrin xüsusən də ali təhsil, elmi tədqiqatlar, texnologiya və innovasiya sahələrində mövcud olduğunu vurğulayıb.
Eyni zamanda nazir, Azərbaycan səfiri Elxan Poloxov ilə Misir və
Azərbaycan arasında təhsil və tədqiqat əlaqələrinin
genişləndirilməsi ,təcrübə mübadiləsinin aparılması, Misir və
Azərbaycan universitetləri arasında elm, texnologiya ,humanitar
sahələrdə əməkdaşlığın maksimum dərəcədə artırılması yollarını
müzakirə edib.
Nazir hər iki tərəf arasında ali təhsildə onsuz da mövcud olduğunu
ifadə edərək, tələbə mübadiləsinin artırılmasının əhəmiyyətini
vurğuladı.
Azərbaycanlı diplomat öz növbəsində ölkəsinin Misirlə dərin əlaqələrə sahib olduğunu bildirərək, bu əlaqələri daim dəstəkləmək və möhkəmləndirmək istəyini vurğulayıb.