BAKI,VOA,Yusif Şərifzadə
Qətər Xarici İşlər Nazirliyi İrana bağlı silahlı qrupların Səudiyyə Ərəbistanının Şərq əyalətində yerləşən neft infrastrukturuna hücumlarını kəskin şəkildə pisləyib və bu addımları ölkənin suverenliyinə qarşı açıq pozuntu kimi qiymətləndirib.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücumlar Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulması və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi xarakterizə olunub.
Doha bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirir və krallığın öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq məqsədilə atacağı bütün qanuni tədbirləri dəstəkləyir.
Qətər tərəfi hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb. İran və bəyanatda adı çəkilən silahlı qruplar isə hələlik Qətərin açıqlamasına rəsmi münasibət bildirməyiblər.