Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ-Rusiya telefon diplomatiyası - İranla bağlı hansı məsələlər müzakirə edildi?

    30 Aprel 2026 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-Rusiya telefon diplomatiyası - İranla bağlı hansı məsələlər müzakirə edildi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edərək Tehranın dərhal təslim olmalı olduğunu bildirib və bu açıqlama Yaxın Şərqdə gərginliyi daha da artırıb.

    VOA xəbər verir ki, Tramp eyni zamanda İranla danışıqların davam etdiyini, lakin prosesin artıq birbaşa deyil, telefon vasitəsilə aparıldığını qeyd edib. ABŞ nümayəndə heyətinin Pakistana planlaşdırılan səfərinin ləğv edilməsi isə diplomatik prosesdə qeyri-müəyyənliyin artdığını göstərir.

    Bu fonunda Rusiya prezidenti Vladimir Putin ilə Donald Tramp arasında baş tutan telefon danışığı xüsusi diqqət çəkib. 90 dəqiqədən artıq davam edən görüşdə əsas müzakirə mövzusu İran ətrafında yaranmış hərbi-siyasi vəziyyət və Körfəz regionundakı risklər olub.

    Moskva tərəfindən verilən açıqlamada bildirilir ki, Putin Trampın İranla atəşkəsi uzatmaq qərarını müsbət qiymətləndirib və bunu danışıqlar üçün imkan yaradan addım kimi dəyərləndirib. Bununla yanaşı, Kreml mümkün yeni hərbi eskalasiyanın həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

    Rusiya tərəfi eyni zamanda diplomatik həll yollarına sadiq olduğunu vurğulayaraq Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almağa çalışdığını bildirib. Bu mövqe Moskvanın regionda balans siyasətini qorumağa çalışdığını göstərir.

    Telefon danışığında Ukrayna müharibəsi də müzakirə olunub. Rusiya tərəfi cəbhədə strateji təşəbbüsün öz əlində olduğunu iddia edib və 9 May – Qələbə Günü münasibətilə müvəqqəti atəşkəs elan etməyə hazır olduğunu bildirib. Tramp isə bu təşəbbüsü dəstəkləyərək onun simvolik əhəmiyyətini vurğulayıb.

    Hazırda ABŞ, İran və İsrail arasında 40 gündən artıq davam edən qarşıdurmadan sonra əldə olunmuş atəşkəs qüvvədədir. Lakin danışıqların ləngiməsi və tərəflərin sərt bəyanatları bu atəşkəsin davamlılığına dair suallar yaradır.

    Ümumilikdə, Trampın “təslim olun” çağırışı və paralel olaraq Rusiya ilə aparılan danışıqlar göstərir ki, münaqişə yalnız hərbi deyil, həm də böyük güclər arasında diplomatik rəqabət müstəvisində davam edir. Mövcud vəziyyət isə Yaxın Şərqdə yeni eskalasiya risklərinin hələ də yüksək olaraq qaldığını təsdiqləyir.

    #Yaxın Şərq münaqişəsi #İran nüvə proqramı #ABŞ xarici siyasəti #Rusiya Yaxın Şərq siyasəti #ABŞ İran münasibətləri #Tramp İran açıqlaması #Putin Tramp telefon danışığı #İran atəşkəs razılaşması #Rusiya diplomatik mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    27 Avqust 2026 12:51

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    26 Avqust 2026 09:56

    Suriyadan sonra ABŞ terror siyahısında üç ölkə qaldı

    25 Avqust 2026 18:37

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    17 Avqust 2026 22:20

    60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

    17 Avqust 2026 18:53

    Avstriya və Yunanıstan ABŞ-İran danışıqlarında vasitəçiliyə qoşulur

    15 Avqust 2026 14:09

    Ağ Evdə daha bir yüksək vəzifəli məmur vəzifəsini tərk edir

    14 Avqust 2026 20:31

    ABŞ-da siyasətin qaydaları dəyişr?

    11 Avqust 2026 09:00

    ABŞ beş ölkədə diplomatik nümayəndəliklərini bağlayacaq

    4 Avqust 2026 15:07

    Senator Kris Mörfi Trampın İran siyasətini sərt tənqid edib

    13 İyul 2026 22:55

    Qəzzada ölənlərin sayı 73 min 231 nəfərə çatıb

    13 İyul 2026 17:44
    XƏBƏR LENTİ

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.