ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edərək Tehranın dərhal təslim olmalı olduğunu bildirib və bu açıqlama Yaxın Şərqdə gərginliyi daha da artırıb. Tramp eyni zamanda İranla danışıqların davam etdiyini, lakin prosesin artıq birbaşa deyil, telefon vasitəsilə aparıldığını qeyd edib. ABŞ nümayəndə heyətinin Pakistana planlaşdırılan səfərinin ləğv edilməsi isə diplomatik prosesdə qeyri-müəyyənliyin artdığını göstərir.
#Rusiya Yaxın Şərq siyasəti
Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Moskvaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyanı Kreml Sarayında rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılama mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.