Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Livan əməliyyatı genişlənir: 800 mindən çox insan sığınacaqlara üz tutub

    12 Mart 2026 10:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Livan əməliyyatı genişlənir: 800 mindən çox insan sığınacaqlara üz tutub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İsrail ordusunun 2 mart tarixindən etibarən Livana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənərək paytaxt Beyrutun mərkəzi və sahil hissələrini hədəf almağa davam edir.

    VOA xəbər verir ki, son məlumatlara görə, İsrail hərbi təyyarələri şəhərin Dahiye və Remle Beyda bölgələrinə intensiv hava zərbələri endirib. Şahidlərin bildirdiyinə görə, Beyrutun mərkəzində şiddətli patlayış və aşağı hündürlükdə uçan qırıcıların səsləri eşidilib, vurulan nöqtələrdən qara dumanlar yüksəlib. Xüsusilə gecə saatlarında Remle Beyda sahilində həyata keçirilən hücumda dəniz kənarındakı bir avtomobilin hədəf alındığı və zərbənin gücündən dəniz suyunun metrlərlə hündürlüyə qalxdığı görüntülənib.

    Livan Səhiyyə Nazirliyi son hücumlar nəticəsində can itkilərinin artdığını bəyan edib. Sahil bölgəsinə endirilən zərbə nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, martın 2-dən bəri davam edən eskalasiya nəticəsində Livanda ölənlərin sayı 634-ə, yaralıların sayı isə 1586-ya çatıb. İsrail ordusu bu hücumları Livan ərazisindən ölkənin şimalına atılan raketlərə cavab olaraq həyata keçirdiyini və bölgədəki hərbi infrastrukturun məhv edilməsinə yönəldiyini iddia edir.

    Müharibənin gətirdiyi humanitar böhran hər keçən gün daha da dərinləşir. Livan hökumətinin rəsmi rəqəmlərinə görə, hücumların başladığı on gün ərzində 816 min 700 nəfər yaşayış yerini tərk edərək müvəqqəti sığınacaq mərkəzlərinə müraciət edib. İsrailin həm havadan, həm də dənizdən intensiv zərbələrlə yanaşı, quruda da işğal zonasını genişləndirmək qərarı mülki əhali arasında qorxu və köç dalğasını sürətləndirib. Beynəlxalq yardım təşkilatları sığınacaqlardakı həddindən artıq sıxlıq və əsas ehtiyacların qarşılanmasında yaranan çətinliklərlə bağlı xəbərdarlıq edirlər.

    #Livan #İsrail və Livan münaqişəsi #İsrail Livan münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi #İsrailin Livan hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34
    XƏBƏR LENTİ

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.