Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu təsdiqləyib

    10 Mart 2026 21:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu təsdiqləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə Nazirlər Kabinetinin videokonfrans formatında iclası keçirilib.

    VOA xəbər verir ki, iclas zamanı vəliəhd son günlər regionda baş verən hadisələr və onların regional və beynəlxalq təhlükəsizlik və sabitliyə təsiri ilə bağlı bir sıra dost və qardaş ölkələrin liderləri ilə apardığı telefon danışıqları barədə kabinet üzvlərini məlumatlandırıb.

    Nazirlər Kabineti İranın Səudiyyə Ərəbistanına, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə, eləcə də bir sıra ərəb, islam və dost dövlətlərə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib. Bildirilib ki, mülki hədəflərin, hava limanlarının və neft obyektlərinin vurulması beynəlxalq hüququn və beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.

    Kabinet Səudiyyə Ərəbistanının öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, həmçinin təcavüzün qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək hüququnu təsdiqləyib.

    İclasda Səudiyyə hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisində yerləşən obyekt və infrastrukturları hədəf almağa çalışan düşmən raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirməsi də yüksək qiymətləndirilib.

    Məlumatı açıqlayan media naziri Salman Əd-Dosari bildirib ki, hökumət həmçinin Səudiyyə Ərəbistanının regionda həmrəylik və əməkdaşlığın gücləndirilməsi istiqamətində Körfəz və ərəb ölkələri ilə koordinasiyanı davam etdirdiyini nəzərdən keçirib.

    Nazirlər Kabineti Körfəz Əməkdaşlıq Şurası ilə Avropa İttifaqının nazirlər görüşü və Ərəb Dövlətləri Liqasının nazirlər toplantısında İranın hücumlarının pislənməsini də yüksək qiymətləndirib.

    İclasda ölkədaxili məsələlər də müzakirə olunub. Region rəhbərlərinin 33-cü illik toplantısının tövsiyələrinə baxılıb və inkişaf imkanlarının genişləndirilməsi, müxtəlif sektorların potensialının gücləndirilməsi və inkişaf xidmətlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi vurğulanıb.

    Nazirlər Kabineti həmçinin xeyriyyəçilik sektorunun gücləndirilməsinin və sosial həmrəyliyin təşviqinin vacibliyini qeyd edib. Bu çərçivədə “Ehsan” Milli Xeyriyyə Kampaniyasının altıncı mərhələsinin uğurla keçirilməsi yüksək qiymətləndirilib.

    İclasda 11 mart tarixində qeyd olunan Dövlət Bayrağı Gününün Səudiyyə dövlətinin tarixi, quruluşu və milli kimliyini əks etdirən mühüm simvol kimi əhəmiyyəti də vurğulanıb.

    #Səudiyyə Ərəbistanı təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görəcəyini açıqlayıb #Ər-Riyad İranın hücumlarını kəskin pislədi #Səudiyyə Nazirlər Kabineti təhlükəsizlik məsələlərini müzakirə edib #Məhəmməd bin Salman regiondakı gərginliyi qiymətləndirib #Səudiyyə hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib #Riyad regional təhlükəsizlik üçün tədbirləri gücləndirəcəyini bildirib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    25 Avqust 2026 13:53

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    25 Avqust 2026 13:24

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    25 Avqust 2026 12:03

    Müasir Fələstin incəsənətinə ağır itki - Süleyman Mənsur 79 yaşında dünyasını dəyişdi

    25 Avqust 2026 09:57

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    24 Avqust 2026 20:48

    İsrail qüvvələri Qəzzada məscidi və su təmizləmə qurğusunu vurub

    24 Avqust 2026 19:03

    Qəzzada ölənlərin sayı artmaqda davam edir

    24 Avqust 2026 18:37

    İsrailin hava hücumları Qəzzada məcburi köçkünlərin çadırlarını hədəfə alıb

    24 Avqust 2026 18:19

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    24 Avqust 2026 10:09

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    24 Avqust 2026 10:01

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    24 Avqust 2026 09:23
    XƏBƏR LENTİ

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    Ərəb Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Mükafata 475 müraciət daxil olub

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

    Küveyt Neft Şirkəti kibertəhlükəsizlik xidmətləri üzrə tender elan edib

    ABŞ-nin regionun gələcəyində yeri olmayacaq - İran generalı

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.