#Səudiyyə hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə Nazirlər Kabinetinin videokonfrans formatında iclası keçirilib.Nazirlər Kabineti İranın Səudiyyə Ərəbistanına, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə, eləcə də bir sıra ərəb, islam və dost dövlətlərə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib. Bildirilib ki, mülki hədəflərin, hava limanlarının və neft obyektlərinin vurulması beynəlxalq hüququn və beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.