Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Livanda son bir həftədə 80-dən çox uşaq həlak olub

    9 Mart 2026 15:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livanda son bir həftədə 80-dən çox uşaq həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    UNICEF bildirib ki, İsrail ilə Hizbullah arasında müharibənin şiddətlənməsi fonunda Livanda 2 mart tarixindən bu yana ən azı 83 uşaq həyatını itirib, 254 uşaq isə yaralanıb.

    VOA xəbər verir ki, UNICEF-in bazar ertəsi təşkilatın rəsmi saytında yayımladığı açıqlamada qeyd olunub ki, ötən həftə ərzində Livan üzrə hər gün orta hesabla 10-dan çox uşaq həyatını itirib, təxminən 36 uşaq isə yaralanıb.

    Açıqlamada həmçinin son 28 ay ərzində Livanda ümumilikdə 329 uşağın öldüyü, 1632 uşağın isə yaralandığı bildirilib.

    Təşkilat bu rəqəmlərin sarsıdıcı olduğunu vurğulayaraq bildirib ki, məlumatlar münaqişənin uşaqlar üzərində yaratdığı ağır nəticələrin açıq sübutudur.

    Bildirilib ki, Livan üzrə genişmiqyaslı məcburi köçürülmə təxminən 700 min insanı evlərini tərk etməyə məcbur edib. Onların təxminən 200 mini uşaqlardır.

    UNICEF bütün tərəfləri məktəblər və sığınacaqlar da daxil olmaqla mülki şəxsləri və mülki infrastrukturu qorumağa, həmçinin beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.

    Açıqlamanın sonunda vəziyyətin gərginliyinin azaldılması və uşaqların daha çox zərər görməsinin qarşısının alınması üçün təcili addımların atılmasının vacibliyi vurğulanıb.

    #İsrail #Livan #Hizbullah #İsrail və Livan münaqişəsi #İsrailin Livan hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08
    XƏBƏR LENTİ

    İordaniya dörd İran dronunu vurdu

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.