Livan Prezidenti Cozef Aun İsrailin ölkəsinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumların diplomatik səyləri və sabitliyi hədəf aldığını bildirib. Livanın rəsmi NNA agentliyində Prezident Aunın İsrail hücumları ilə bağlı bəyanatı dərc olunub. Aun qeyd edib ki, İsrailin Livanın müxtəlif şəhərlərinə yönələn hücumları ölkəsinin qardaş və dost ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə apardığı diplomatik təşəbbüsləri və sabitliyi bərpa etmək cəhdlərini boşa çıxarmağa yönəlmiş açıq düşmənçilik aktıdır.
#Aun ve Berri hattı Hizbullah için kritik
Livan prezidenti Cozef Aunun silahın yalnız dövlətin nəzarətində olması ilə bağlı çağırışları “Hizbullah” daxilində narazılıqla qarşılanıb, lakin partiya bu mövqeyini hələlik açıq şəkildə ortaya qoymaqdan çəkinir. Livanın siyasi dairələrinə yaxın mənbələrin bildirdiyinə görə, “Hizbullah” prezident Aunun silahın dövlətə təhvil verilməsi və təşkilatın hərbi rolunun artıq həm öz elektoratı, həm də ölkə üçün yükə çevrildiyi barədə açıqlamalarına ehtiyatla yanaşır. Mənbə partiyanın susqunluğunu iki əsas səbəblə izah edir.