Livan Prezidenti Jozef Avnın İsrailin Livana qarşı hücumlarını davam etdirməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. Livanlı bir mənbənin İsrailin "Haaretz" qəzetinə verdiyi məlumata görə, Avn hücumlar fonunda və görüşün məqsədi qeyri-müəyyən qaldığı bir vaxtda belə bir təmasın Livan daxilində ciddi etirazla qarşılanacağının fərqindədir.
#Jozef Aun – Livan Prezidenti
Livan Prezidenti Cozef Aun İsrailin ölkəsinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumların diplomatik səyləri və sabitliyi hədəf aldığını bildirib. Livanın rəsmi NNA agentliyində Prezident Aunın İsrail hücumları ilə bağlı bəyanatı dərc olunub. Aun qeyd edib ki, İsrailin Livanın müxtəlif şəhərlərinə yönələn hücumları ölkəsinin qardaş və dost ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə apardığı diplomatik təşəbbüsləri və sabitliyi bərpa etmək cəhdlərini boşa çıxarmağa yönəlmiş açıq düşmənçilik aktıdır.
Livanın yeni seçilmiş prezidenti Cozef Aun bu gün, cümə axşamı – 9 yanvar 2025-ci ildə hərbi formasını çıxararaq qara rəsmi kostyumda Nümayəndələr Palatasına daxil olub. O, parlamentin sədri Nəbih Berri ilə görüşərək əl sıxıb və Konstitusiya üzrə and içib. Mərasim zalda toplaşan deputatların gurultulu alqışları ilə müşayiət olunub. Cozef Aun 1964-cü il yanvarın 10-da Livanın Matn bölgəsində anadan olub. O, ali təhsilini siyasi elmlər və hərbi elmlər sahəsində alıb, beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fransız və ingilis dillərini mükəmməl bilir.
Livan hökumətinə silahın yalnız dövlətin əlində cəmlənməsi ilə bağlı beynəlxalq və regional dəstək mesajları ard-arda gəlməyə başladı. Bu aktiv diplomatik hərəkətlilik ABŞ-dan gələn təbrik teleqramı və arxasınca Misirdən daxil olan dəstəkləyici telefon zəngi ilə başladı. Bütün bunlar göstərir ki, Livan artıq “tarixi bir döngədə” dayanıb və bu mərhələnin həlledici faktoru ölkədəki silahların tam şəkildə dövlətin nəzarətinə verilməsi olacaq.