ABŞ hərbi qüvvələri Suriyada saxlanılan 150 nəfər İŞİD üzvünün İraqa köçürüldüyünü açıqlayıb. ABŞ ordusunun yaydığı bəyanata görə, Həsəkə vilayətində yerləşən saxlanma müəssisəsində tutulan 150 İŞİD döyüşçüsü təhlükəsiz şəkildə İraq ərazisində nəzarət olunan obyektlərdən birinə daşınıb. Qeyd olunub ki, Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin sürətli şəkildə mövqelərini itirməsi bölgədəki həbsxana və düşərgələrin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.