Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranda etiraz dalğası Şərqi Azərbaycandakı qəsəbələr də daxil olmaqla 25 şəhərə yayılıb. Ölkənin qərb və cənub-qərbindəki əyalətlərdə etirazçılarla polis arasında qanlı toqquşmalar baş verib. İranın 31 əyalətindən 22-si hazırda aktiv etirazlarla əhatə olunub. Hələlik məlum olmayan səbəblərdən Tehranın qərbindəki İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Meqdad bazasında güclü partlayış baş verib. Hadisələri şərh edən Ali Lider Əli Xamenei etirazçıların tələblərini "ədalətli" elan etdi. Lakin Rəhbər vurğuladı ki, "üsyançılar öz yerlərinə qoyulmalıdır". Həsən Şəriətmədarinin sözlərinə görə, 2022-ci il etirazlarından fərqli olaraq, bugünkü etirazlar vahid, yaxşı təşkil olunmuş və iqtisadi cəhətdən təsirli orta təbəqəni ortaya çıxarıb.

    AzerVoice Bizimyol.info-ya istinadən xəbər verir ki, siyasi şərhçi Rufiz Hafizoğlu açıqlamasında bildirib ki, İranda baş verən toqquşmalar artıq ikinci həftəsinə keçir. Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə, son onillikdə İranda baş verən hadisələrə nəzər salsaq, əslində bu kimi iğtişaşların yeni olmadığını söyləyə bilərik: “Burada diqqətdən qaçan çox önəmli və ümumiyyətlə, üzərində bir o qədər də durulmayan bir məqam var. Bu məqam ondan ibarətdir ki, bundan öncəki toqquşmalara və xalq etirazlarına baxsaq, biz onların heç birində İran rəsmilərinin, bu etirazlara haqq qazandırdığını görmüş olmarıq”.

    Politoloq qeyd edib ki, bu hadisələrin fonunda bir iqtisadi gündəm məsələsi var: “İqtisadi böhranlar, daha doğrusu inflyasiya, İranın iqtisadi cəhətdən çökməsi və sair. Bundan öncəki etirazlarda da bu kimi məsələlər gündəmə gətirilmişdi. Amma heç bir halda prezident dolayı və ya açıq yolla xalqın haqlı olduğunu dilə gətirməmişdi. Bunun özü, əslində İran siyasi gündəmində olduqca yeni bir amildir. Mövcud İran reallığında prezidentin Pezeşkian o qədər də güclü fiqur deyil. İranda SEPAH var, bununla yanaşı burada bir ali dini lider məsələsi var. Burada olduqca güclü daxili kəşfiyyat məsələsi var. Bütün bunların fonunda Pezeşkianın bu kimi açıqlamaları zəif qalar”.

    “Etiraz aksiyalarında qeyri-fars millətlərinin - türklərin eyni zamanda bəlucların, əhvazların, türkmənlərin və s. bu aksiyalarda hələki iştirak etməməsini görürük. Heç kim onların bu iğtişaşlara qoşulmayacağının zəmanətini verə bilməz.

    Burada başqa bir yanaşma da var. Belə ki, yaşanan hadisələrin fonunda İranın keçmiş siyasi elitasının gündəmə gəldiyini görmüş oluruq. Çünki Pəhləvi tərəfdarları aksiyaları idarəetmələrini öz üzərinə götürüblər. Yəni bu kimi səsləndirmələr var” - deyən Rufiz Hafizoğlu bildirib ki, burada İran rejiminin çox sinsi bir oyunu var.

    Bu oyun nədən ibarətdir?

    Politoloqun fikrincə, əslində İran rejimi bu kartı istifadə etməklə, daha doğrusu bu aksiyaların xalq aksiyaları deyil, Pəhləvi tərəfdarlarının keçirdiyi aksiya və onlar tərəfindən idarə olunan beyin mərkəzlərinin məhsulu kimi göstərməklə, məhz qeyri-farsların bu aksiyalara kütləvi şəkildə qoşulmasının qarşısını alır.

    “Əgər türklər, kürdlər, əhvazlar, İran sünniləri bu aksiyalara qoşulsalar və bu da sözün əsl mənasında, geniş xalq kütlələrinin aksiyası olarsa, İran rejimi 3-4 həftə ərzində çökə bilər. Bu baxımdan İran kəşfiyyatının ən güclü kartı da məhz bu aksiyaların arxasında guya Pəhləvi tərəfdarlarının durduğunu gündəmə gətirmək idi”-deyən Rufiz Hafizoğlunun fikrincə, bu siyasi oyunun oynanılması təsadüfi deyil.

    “Bu günki İran rejiminin burada bir din kartı var. Hər nə qədər pis olsa da, hər nə qədər biz inanmasaq da, bunu qəbul etməsək də mövcud rejim bir “qucaqlayıcı” faktor ortaya qoya bilib. Amma Pəhləvi rejimi bunu etmir. İrandakı mövcud rejim də bunu bilərək, məhz aksiyaların Pəhləvi tərəfdarları tərəfindən idarə olunduğunu gündəmə gətirməkdədir.

    Digər tərəfdən bu aksiyaların nə qədər davam edəcəyi sual altındadır. Daha öncə Məhza Əmininin öldürülməsi ilə başlayan aksiyalarda hamı düşünürdü ki, "artıq İran rejiminin sonudur, çöküş olacaq". Daha sonra İran və İsrail arasında alovlanan silahlı münaqişə fonunda da tam olaraq düşünürdü ki, məhz Pəhləvi kartından istifadə olunaraq İranda rejim dəyişikliyi olacaq. Amma bunun da istifadə olunması ona gətirib çıxardı ki, İranda hər kəs "pisin yaxşısı" rejimin ətrafında birləşməyi bacardı. Bu da İranda xüsusi kəşfiyyat orqanlarının, dövləti idarə edən "üst beyinlər"in diqqətindən qaçan məqam deyil”-deyə siyasi şərhçi qeyd edib.

    Rufiz Hafizoğlu İranda münaqişələrin dərinləşəcəyini istisna etmir: “Təbii ki, bu dərinləşmə yaxın zamanda olmayacaq. Çünki bu gün İranın qarşısında duran digər önəmli məsələ İsrail məsələsidir. İranın çənbəri daralmaqdadır. İsrail ilə yeni bir müharibə bu gün İran üçün baş verən hadisələrin fonunda daha ağrılı ola bilər, daha kritik faciəvi nəticələrə gətirib çıxara bilər”.

    #İsrail #İran #Rufiz Hafizoğlu #Şərqi Zəngəzur #Tehran #Əli Xamenei #Məsud Pezeşkian #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #Məhsa Əmini #İslam İnqilabı Keşikçiləri Korpusu #Bəsic Meqdad #Pəhləvi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Tarixdə bu gün — 1 Sentyabr

    1 Sentyabr 2026 00:01

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28
    XƏBƏR LENTİ

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.