Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada silahlı qrup sakinləri silah hədəsi ilə evlərindən çıxarıb

    25 Dekabr 2025 22:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada silahlı qrup sakinləri silah hədəsi ilə evlərindən çıxarıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qəzza şəhərində silahlı bir qrupun yaşayış məntəqəsində sakinləri silah hədəsi ilə evlərini tərk etməyə məcbur etdiyi bildirilir.

    AzerVoice xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Qəzza şəhərində fəaliyyət göstərən və “Rami Halas Qrupu” kimi tanınan silahlı dəstə cümə axşamı səhər saatlarında şəhərin şərqində yerləşən Tuffah məhəlləsində havaya atəş açıb. Hadisə İsrailin “sarı xətt” adlandırdığı və HƏMAS-ın nəzarətində olan ərazilərlə İsrail mövqelərini ayıran zona yaxınlığında baş verib.

    Mənbələr bildiriblər ki, silahlı şəxslər günorta saatlarında əraziyə yenidən qayıdaraq sakinlərə gün batımına qədər evlərini tərk etmələri barədə xəbərdarlıq ediblər. Onlar tələblərə əməl etməyənlərə qarşı silah tətbiq ediləcəyi ilə hədələyiblər.

    Silahlı qrupun üzvlərinin sakinlərlə birbaşa təmasdan yayınaraq səsgücləndiricilər vasitəsilə çağırışlar etdiyi qeyd olunur. Onlar köçürülmənin İsrailin göstərişi əsasında həyata keçirildiyini iddia edərək, sakinlərin bir neçə yüz metr aralıda yerləşən digər ərazilərə getməsini tələb ediblər.

    Məlumata əsasən, İsrail hərbi bölmələri hadisənin baş verdiyi ərazidən təxminən 150 metr məsafədə yerləşir. Atəşkəsdən sonra evlərinə qayıdan sakinlər hədələrdən sonra Qəzza şəhərinin qərb hissələrinə doğru köçməyə başlayıblar.

    Yerli mənbələr 240-dan çox sakinin artıq zədələnmiş evlərini tərk etməyə məcbur qaldığını bildiriblər.

    Eyni zamanda qeyd olunub ki, İsrail qüvvələri sözügedən ərazilərə partlayıcı maddə olmayan sarı rəngli çənlər atıb, lakin bu zaman sakinlərə rəsmi təxliyə çağırışı edilməyib.

    Mənbələr hesab edirlər ki, silahlı dəstə bu addımı İsrailin bölgəni nəzarətə götürmək planından öncə atıb. Sözügedən ərazi daha əvvəl təhlükəsiz zona kimi elan edilmişdi.

    Yerli mənbələr İsrail qüvvələrinin son həftələrdə “sarı xətt” adlanan sərhədi genişləndirmək və Qəzzada yeni əraziləri nəzarətə almaq məqsədilə dolayı üsullardan istifadə etdiyini iddia edirlər.

    #Qəzzada silahlı qrup sakinləri silah hədəsi ilə evlərindən çıxarıb #Qəzza şəhərində silahlı dəstə yüzlərlə sakini məcburi köçürüb #Qəzzada təhlükəsizlik böhranı: silahlı qrupun məcburi köçürmə addımı #Atəşkəsdən sonra Qəzzada yeni gərginlik dalğası #В Газе вооруженная группа вынудила жителей покинуть свои дома #Более 240 жителей Газы были вынуждены эвакуироваться под угрозой оружия #Armed Group Forces Civilians to Leave Homes in Gaza City #Gaza Residents Displaced After Threats from Armed Gang #Qəzza məcburi köçürülmə #Qəzzada silahlı qrup
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    7 İyun 2026 19:00

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    7 İyun 2026 09:50

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    6 İyun 2026 21:21

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    Videoda hansı hadisələr əks olunub?

    6 İyun 2026 20:38

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    Livan Səhiyyə Nazirliyindən son statistik açıqlama

    6 İyun 2026 20:11

    Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

    6 İyun 2026 19:41

    Livanın Baş nazirindən son hadisə ilə bağlı sərt açıqlama

    6 İyun 2026 19:37

    İsrailin Livanın cənubuna hücumları nəticəsində azı 10 nəfər həlak olub

    6 İyun 2026 19:15

    Bəhreyn Livanın suverenliyinə dəstəyini bəyan edib

    6 İyun 2026 19:10

    İordan çayının qərb sahilində son saatlarda nə baş verib?

    6 İyun 2026 18:37
    XƏBƏR LENTİ

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.