Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi

    30 Noyabr 2025 20:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib. O hesab edir ki, barəsində aparılan cinayət işi İsrailin işlərini idarə etmək imkanına mane olur və əfvin verilməsi dövlətin ümumi maraqlarına xidmət edir.

    Dövlətin yaradılmasından bəri ən uzun müddət baş nazir postunda qalan Netanyahu rüşvət, dələduzluq və etimadı sui-istifadə ittihamlarını uzun müddətdir rədd edir.

    Onun vəkilləri prezidentin ofisinə göndərdikləri məktubda bildiriblər ki, Netanyahu hələ də hüquqi prosesin onu tam bəraətləndirəcəyi qənaətindədir.

    Netanyahu, mənsub olduğu “Likud” Partiyasının yaydığı qısa videomüraciətdə deyib.

    “Bu gün vəkillər əfv üçün müraciəti dövlət başçısına göndərdilər. Mən ölkənin mənafeyini düşünən hər kəsdən bu addımı dəstəkləməsini gözləyirəm” - deyə o bildirib.

    Prezident İsxak Hersoqun ofisi günün əvvəlində müraciəti aldığını təsdiqləyib və vəkillərin məktubunu dərc edib.

    Hersoqun ofisindən bildirilib ki, müraciət adi prosedura uyğun olaraq Ədliyyə Nazirliyinə göndəriləcək, nazirlik müvafiq rəyləri toplayacaq və bundan sonra prezidentin hüquqi müşavirinə təqdim ediləcək. Müşavir prezidentə yekun tövsiyəsini verməli olacaq.
    Ədliyyə naziri Yariv Levin də Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının üzvü və baş nazirə yaxın müttəfiq sayılır.

    Vəkillər məktublarında qeyd ediblər ki, Netanyahuya qarşı aparılan cinayət işi cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirib və məhkəmə prosesinin dayandırılması milli barışığın əldə olunması üçün zəruridir. Onlar həmçinin vurğulayıblar ki, məhkəmənin davamlı iclasları baş nazir üçün ağır yükə çevrilib və onun vəzifə səlahiyyətlərini icra etməsini çətinləşdirir.

    “Məndən həftədə üç dəfə məhkəmədə ifadə verməyim tələb olunur... Bu, qeyri-mümkün bir tələbdir və heç bir digər vətəndaşdan bu cür tələb olunmur”- Netanyahu videomüraciətində deyib.

    O, dəfələrlə seçkilərdə qalib gələrək xalqın etimadını qazandığını xüsusi vurğulayıb.

    Baş nazir və ya onun vəkilləri heç bir səhv etdiyini etiraf etməyiblər. İsraildə adətən əfv yalnız məhkəmə prosesi başa çatdıqdan və təqsir təsbit edildikdən sonra verilir.

    Müdafiə tərəfi hesab edir ki, dövlət başçısının səlahiyyətləri ictimai maraqların təhlükə altında olduğu hallarda – bu işdə olduğu kimi – prosessə müdaxilə etməyə imkan verir. Onların fikrincə, burada məqsəd cəmiyyətdə yaranmış yarığın sağaldılması və milli birliyin möhkəmləndirilməsidir.

    Müxalifət lideri Yair Lapid yaydığı bəyanatda bildirib ki, Netanyahunun əfv alması yalnız üç şərtlə mümkün ola bilər: günahın etirafı, peşmanlığın ifadə edilməsi və dərhal siyasətdən getmək.

    Bu ay ABŞ Prezidenti Donald Tramp da Hersoq ünvanına göndərdiyi məktubda Netanyahunun əfv olunmasını xahiş etmişdi.

    #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Yair Lapid #İsaaq Hersoq #İsraildə siyasi elita və məhkəmə çəkişmələri #Netanyahuya qarşı rüşvət #dələduzluq və etimadı sui-istifadə ittihamları #Prezidentin əfv səlahiyyətinin siyasi istifadəsi #Likud Partiyasının Netanyahunu müdafiə strategiyası #İsrail cəmiyyətində parçalanma və milli barışıq çağırışları #Yair Lapidin Netanyahunun siyasətdən getməsi tələbi #Donald Trampın İsrail daxili proseslərinə təsiri #Əfv mexanizmi və ictimai maraq arqumenti #Davam edən məhkəmə proseslərinin hökumətin idarəçiliyinə təsiri #Netanyahunun prezident İsxak Hersoqdan əfv istəməsinin İsrail siyasətinə mümkün təsirləri #İsraildə korrupsiya ittihamı ilə üzləşən baş nazirə əfv verilməsi presedenti varmı #Netanyahu əfv alsa #bunun məhkəmə sisteminə ictimai etimad baxımından doğuracağı nəticələr #Yair Lapidin əfv üçün günahı etiraf və siyasətdən getmə şərtinin siyasi mənası #Donald Trampın Netanyahunun əfv olunması ilə bağlı məktubunun diplomatik və simvolik əhəmiyyəti #İsraildə davam edən korrupsiya məhkəməsi fonunda milli barışıq və cəmiyyətin parçalanması debatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    4 İyun 2026 22:42

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    4 İyun 2026 22:27

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    4 İyun 2026 21:52

    CENTCOM blokada barədə açıqlama verib

    4 İyun 2026 21:14

    İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3 526-ya çatıb

    4 İyun 2026 21:04

    Hizbullah rəhbəri sərt xəbərdarlıq etdi: Livan bombalandığı müddətcə Şimali İsrail təhlükədə olacaq

    4 İyun 2026 20:54

    Hizbullah Livan-İsrail danışıqlarını sərt tənqid etdi

    4 İyun 2026 20:41

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    4 İyun 2026 20:37

    İran Küveyt və Bəhreynə zərbələrlə “tarazlığı” təmin etməyə çalışır

    4 İyun 2026 20:32

    İtaliya atəşkəsin qorunmasında hansı addımlar atır?

    4 İyun 2026 20:24

    İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib

    4 İyun 2026 19:41

    İranın əvvəlki hücumları müdafiə məqsədli idi?

    4 İyun 2026 19:11
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 5 İyun

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Birləşmiş Krallıq Livanın cənubunda BMT sülhməramlısının öldürülməsini pisləyib

    CENTCOM blokada barədə açıqlama verib

    Livan ordusu İsrailin geri çəkilməsindən sonra cənubda əsas yolu açıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.