#İsaaq Hersoq

Böyük Britaniyada Fələstin tərəfdarı qruplardan olan “Əl-Əqsa Dostları” İsrail prezidenti İsxaq Hersoq barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib. Bu barədə təşkilatın sədri İsmayıl Patel açıqlama verib. O, Hersoqun Qəzzadakı mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunduğunu və bu səbəbdən cinayət işi prosesi başladıldığını bildirib. Patel qeyd edib ki, Baş prokurorluğa Hersoq haqqında həbs qərarı çıxarılması üçün müraciət edilib. Onun sözlərinə görə, müraciət və ittihamlar Hersoqun 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi iki açıqlamaya əsaslanır. Qəzzadakı mülki şəxslərə və obyektlərə qarşı edilən hücumlarla bağlı olan bu açıqlamaların bəzi hissələri İsrailin hərbi rəsmiləri tərəfindən dəfələrlə təkrar olunub.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin xristian təşkilatları və onların xarici işçilərinə viza verilməsini çətinləşdirdiyini bildirib və bu vəziyyətin davamı halında, ABŞ səfirliyinin də israilli turistlərin vizalarına məhdudiyyətlər tətbiq edəcəyini bəyan edib.