Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail təhlükəsiz olmadıqca Livanda sakitlik olmayacaq - Katz

    26 Noyabr 2025 19:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail təhlükəsiz olmadıqca Livanda sakitlik olmayacaq - Katz
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin müdafiə naziri İsrael Kats çərşənbə günü bildirib ki, ölkəsinin təhlükəsizliyi təmin olunmadan Livanda “sakitlik” mümkün olmayacaq. AzerVoice xəbər verir ki, bu açıqlama, İsrail ordusunun Hizbullahla ilyarımlıq atəşkəsə baxmayaraq əməliyyatlarını intensivləşdirdiyi bir vaxtda səsləndirilib.

    Knessetdə çıxış edən nazir qeyd edib ki, İsrailin şimal bölgələri üçün təhlükə yaradan hər hansı fəaliyyətə imkan verilməyəcək:
    “Şimal sakinlərinə yönələn təhlükələrə icazə verməyəcəyik. İcra tədbirləri maksimum səviyyədə davam edəcək və daha da güclənəcək,” – deyə Kats vurğulayıb.

    O, bir neçə gün əvvəl Beyrutun cənubunda həyata keçirilmiş hava zərbəsi nəticəsində Hizbullahın yüksək rütbəli hərbi rəhbəri Heysəm Əli Tabətəbainin zərərsizləşdirilməsini bu siyasətin nümunəsi kimi göstərib. Bu, 2024-cü ilin noyabrında əldə olunan atəşkəsdən sonra İsrail tərəfindən öldürülən ən yüksək səviyyəli Hizbullah komandiri sayılır.

    Kats əlavə edib ki, İsrailin təhlükəsizliyi tam təmin olunmayınca Livanda nə sabitlik, nə də nizam olacaq və Hizbullahın silahsızlaşdırılması əsas məqsədlərdən biri olaraq qalır.

    Hadisələr bölgədə gərginliyin artdığı bir vaxtda baş verir. ABŞ Livan hökumətinə Hizbullahın tərksilah edilməsi ilə bağlı təzyiqləri gücləndirir. Bunun fonunda Misirin xarici işlər naziri Bədr Əbdül Atı çərşənbə günü Beyrutda Livan prezidenti Cozef Aunla görüşündən sonra bildirib ki, Qahirə eskalasiyanın qarşısını almaq üçün fəal diplomatik səylər göstərir.

    “Biz istənilən eskalasiyadan ehtiyat edirik və Livanın təhlükəsizliyi, sabitliyi bizi narahat edir. Livanı hər hansı riskdən qorumaq üçün intensiv səylər göstəririk.” - nazir deyib.

    Atəşkəs razılaşmasına əsasən, Hizbullah qüvvələri İsrail sərhədindən 30 kilometr şimal yerləşən Litani çayının o tayına çəkilməli, hərbi infrastruktur isə sökülməlidir. Livan ordusunun hökumət tərəfindən təsdiq olunmuş plana əsasən, ilin sonunadək çayın cənubunda qalan infrastrukturun ləğvi, daha sonra isə ölkənin digər ərazilərində tərksilah prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

    Lakin ABŞ və İsrail Livan tərəfini prosesin ləngidilməsində ittiham edir. Hizbullah isə tərksilah planını qəti şəkildə rədd edir.

    #İsrail: Təhlükəsizliyimiz təmin olunmadan Livanda sakitlik olmayacaq #Müdafiə naziri Kats: Beyrutda da sakitlik olmayacaq #İsrail Hizbullah əməliyyatlarını gücləndirir – Tabətəbai zərərsizləşdirildi #ABŞ Livandan Hizbullahın tərksilahını tələb edir – gərginlik artır #Misir: Livanda eskalasiyadan narahatıq #vəziyyət kritikdir #İsrail–Livan gərginliyi yenidən artır: Kats sərt mesaj verdi #Hizbullah komandirinin öldürülməsindən sonra bölgədə yeni faza #Misirdən təcili diplomatik xəbərdarlıq: Livan təhlükədədir #ABŞ təzyiqi artırır: Livan hökumətinə yeni tələblər #Litani bölgəsi yenidən gündəmdə – atəşkəs pozulurmu? #İsrail–Livan gərginliyi #Hizbullah tərksilah planı #Litani çayı zonası #İsrailin şimal sərhədi #Beyrut hava zərbəsi #Heysəm Əli Tabətəbai #ABŞ–Livan münasibətləri #Misir diplomatik səyləri #Atəşkəsin pozulması #Regionda eskalasiya riski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    5 İyun 2026 22:32

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    5 İyun 2026 21:42

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    13 ballistik raket və 17 dron neytrallaşdırılıb

    3 İyun 2026 19:13

    İsrail Livanın cənubundakı səhiyyə mərkəzini bombaladı

    29 May 2026 11:50

    Livan əhalisinin yarıdan çoxu humanitar yardıma möhtacdır - Aİ

    8 May 2026 13:51

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 2 min 534 nəfərə çatdı

    28 Aprel 2026 18:22

    Livan Səhiyyə Nazirliyi son sutkada daha 43 nəfərin həlak olduğunu açıqlayıb

    15 Aprel 2026 18:56

    Son 24 saat ərzində Livanın cənubunda 200-dən çox hava hücumu həyata keçirdik - İsrail ordusu

    11 Aprel 2026 18:30

    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində daha 3 nəfər həlak olub

    2 Aprel 2026 12:33

    Livanda təhsil dayandırılıb

    2 Mart 2026 09:49
    XƏBƏR LENTİ

    Bello Vud döyüşü necə başladı? ABŞ dəniz piyadalarının Birinci Dünya müharibəsindəki ilk böyük sınağı

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.