Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Atəşkəsdən bəri İsrail hər gün 2 fələstinli uşağı öldürür - Fələstin

    25 Noyabr 2025 09:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Atəşkəsdən bəri İsrail hər gün 2 fələstinli uşağı öldürür - Fələstin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, atəşkəsdən sonra İsrail Qəzzada hər gün 2 uşağı öldürməyə davam edir.

    AzerVoice xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasında Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən iclasda çıxış edərək bildirib.

    “Qəzzada atəşkəsin qüvvəyə minməsindən (10 oktyabr) bəri hər gün 1000 insanın ölməsi və ya yaralanmasını, hər gün 2 uşağın həyatını itirməsini, soyqırımdan sağ çıxanların hər gün ölüm və əzabdan qaçmağa məhkum edilməsini, evlərindən didərgin salınan ailələrin su altında qalan çadırlarda qışı keçirməsini heç bir şəkildə əsaslandırmaq mümkün deyil.” - deyə o qeyd edib.

    Mansur bildirib ki, İsrail fələstinlilərin “yaşamağa, azadlığa və sülhə” doğru irəliləyişini qəsdən əngəlləyir. Onun sözlərinə görə, ABŞ administrasiyası atəşkəsin pozulmasının qarşısını almaq üçün müdaxilə etməli, təminatçı ölkələr isə növbəti mərhələyə fokuslanmaq əvəzinə ardıcıl şəkildə yaranan böhrana diqqət yetirməlidirlər.

    O əlavə edib ki, fələstinlilər İsrailin “məcburi köç, işğalı davam etdirmə və atəşkəsi pozma” niyyətini bilmələrinə baxmayaraq, ABŞ Prezidenti Donald Trampın sülh planını qəbul etmişdilər. Mansur qeyd edib ki, İsrail “yardım girişlərini gecikdirərək, hücumları bərpa edərək və Sarı Xətt vasitəsilə Qəzzada işğalı daha da dərinləşdirərək” atəşkəsi pozmaq məqsədini həyata keçirməyə çalışır.

    Mansur, həmçinin İsrail əsgərləri və fələstinlilərin torpaqlarını mənimsəyən israillilərin İordan çayının Qərb Sahili və Qüdsdə həyata keçirdikləri hücumların, məcburi köçürmələrin və torpaqların müstəmləkələşdirilməsi siyasətinin dayandırılmalı olduğunu bildirib.

    İsrail həbsxanalarındakı fələstinli məhbusların ağır vəziyyətindən danışan Mansur, müxtəlif növ işgəncələrə məruz qalan minlərlə fələstinli məhbusun durumuna BMT Təhlükəsizlik Şurasının biganəliyinin də izah olunmaz olduğunu söyləyib.

    O, Sde Teiman həbsxanasında israilli nəzarətçilərin fələstinli bir məhbusu təcavüzə məruz qoyduğunu göstərən videonun sızdırılması zamanı İsraildə “skandalın təcavüz deyil, videonun sızdırılması” kimi təqdim edildiyini, hətta həmin nəzarətçiləri “qəhrəman” adlandıranların olduğunu vurğulayıb.

    Mansur son iki ildə İsrail həbsxanalarında 100 fələstinlinin həyatını itirdiyini xatırladaraq əlavə edib: “Onlar ya birbaşa öldürüldülər, ya da aclıq və tibbi laqeydlik nəticəsində ölümə tərk edildilər.”

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10
    XƏBƏR LENTİ

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.