Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə elektrik və hibrid nəqliyyata keçir: yeni modellər EV Auto Show-da

    29 Oktyabr 2025 14:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə elektrik və hibrid nəqliyyata keçir: yeni modellər EV Auto Show-da
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanının avtomobil bazarı yeni nəsil hibrid nəqliyyat vasitələrini qarşılayır. Bu avtomobillər ən müasir “REEV - Range-Extended Electric Vehicle” texnologiyası ilə təchiz olunub. Krallıqda bu sistem əvvəllər də təqdim edilsə də, Riyad EV Auto Show 2025 sərgisində nümayiş olunan son modellər enerji səmərəliliyi, performans və yürüş məsafəsi baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

    AzerVoice xəbər verir ki, sərginin diqqət çəkən iştirakçılarından biri sürətlə böyüyən Çin istehsalçısı Rox Motors oldu. Şirkət özünün ən son hibrid modeli - Adamas - avtomobilini təqdim edib. Model REEV texnologiyasının təkmilləşdirilmiş versiyası ilə təchiz edilib.

    Rox Motors-un Səudiyyə Ərəbistanındakı baş direktoru Əhməd əl-Ubeydi bildirib ki, bu sistem ənənəvi yanacağın praktikliyini elektrik enerjisinin səmərəliliyi ilə birləşdirir.

    “REEV texnologiyamız benzindən birbaşa elektrik istehsal etməyə imkan verir,” – deyə o qeyd edib. “Yanacağın bir hissəsi akkumulyatoru dolduran generatoru, digər hissəsi isə elektrik gücünü artıran genişləndirici sistemi qidalandırır. Bu üsul Səudiyyə bazarı üçün ideal olan benzin və elektrik texnologiyalarının sürətli birləşməsini təmin edir.”-deyə o qeyd edib.

    Əl-Ubeydi əlavə edib ki, REEV texnologiyası Krallıq üçün tamamilə yeni olmasa da, Rox-un sistemi daha ağıllı enerji çevrilməsi, daha sürətli doldurma və şəhər də daxil olmaqla uzun məsafələrdə daha yüksək performans təqdim edir. Şirkət hibrid avtomobillərə daxili bazarda güclü tələbat olacağını gözləyir, xüsusilə də Səudiyyə istehlakçılarının davamlı nəqliyyata keçidini nəzərə alaraq.

    Sərginin digər önəmli təqdimatlarından biri Chery Group-un alt brendi olan Icaur tərəfindən edildi. Şirkət REEV platforması üzərində hazırlanan yeni V27 modelini təqdim etdi. Icaur-un Səudiyyə üzrə ölkə direktoru Corc Si bildirib ki, avtomobil 800 km-ə qədər yürüş məsafəsinə malikdir və ənənəvi mühərriklərlə müqayisədə yanacaq sərfiyyatını demək olar ki, yarıbayarı azaldır.

    “Yalnız akkumulyatorla işləyən elektrik avtomobilləri hər zaman yüksək temperatur üçün uyğun olmur,” - deyə Si vurğulayıb.

    “Bizim REEV texnologiyası Səudiyyə bazarı üçün daha yaxşı həll təklif edir: daha uzun məsafə, daha az yanacaq sərfiyyatı və hətta ekstremal hava şəraitində belə sabit performans.”-deyə o əlavə edib.

    İcaurun Səudiyyə üzrə brend və marketinq rəhbəri Mühəmməd Daniyal Xan qeyd edib ki, V27 iki mühərriklə çalışır: biri benzini elektrik enerjisinə çevirərək akkumulyatoru doldurur, digəri isə həmin enerji ilə avtomobili hərəkət etdirir. Bunun nəticəsi olaraq, sürücü həm səssiz, həm güclü, həm də xarici şarj infrastrukturundan minimum asılı nəqliyyat təcrübəsi əldə edir.

    V27 modelinin rəsmi satışları fevral 2026-cı ildə başlayacaq. İlkin sifarişlərin isə noyabrın sonundan şirkətin rəsmi saytında açılması planlaşdırılır.

    Rox Motors və Icaur-un bu ilki EV Auto Show-da iştirakı Səudiyyə Ərəbistanının hibrid və elektrik nəqliyyat vasitələrinin qlobal keçidində artan rolunu nümayiş etdirir. Yeni REEV texnologiyalı avtomobillərin bazara çıxması Krallığın Vision 2030 çərçivəsində daha təmiz, səmərəli və yüksək texnologiyalı nəqliyyat sisteminə keçidini sürətləndirir.

    #Səudiyyə Ərəbistanı #Çin #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə xəbərləri #Səudiyyə Ərəbistanı avtomobil bazarı #yeni nəsil hibrid avtomobillər #EV Auto Show 2025 #Vision 2030 #satış tarixi və sifariş prosesi #Rox Motors Adamas modeli #Chery Group / Icaur V27 modeli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    31 Avqust 2026 10:35

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06

    Manga Arabia və Zeez Animation əməkdaşlığa başlayır

    28 Avqust 2026 15:38

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.