Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzza missiyanın bir hissəsidir, əsas məqsəd Yaxın Şərqdə sülhdür - Tramp

    14 Oktyabr 2025 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzza missiyanın bir hissəsidir, əsas məqsəd Yaxın Şərqdə sülhdür - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza məsələsi onun təşəbbüsü ilə hazırlanmış Yaxın Şərq sülh planının yalnız bir hissəsidir və əsas məqsəd bölgədə davamlı sülhə nail olmaqdır.

    AzerVoice xəbər verir ki, Tramp bu fikirləri İsrailə səfəri və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirakından sonra “Truth Social” platformasında paylaşdığı bəyanatda səsləndirib.

    “Qəzza yalnız missiyanın bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhü təmin etməkdir. İndi bölgə uğrunda çox çalışmış ölkələr birləşərək bu işi tamamlamaq məcburiyyətindədirlər,” – deyə Tramp qeyd edib.

    Prezident Vaşinqtona qayıdarkən paylaşdığı digər mesajında yazıb:

    “Bu gün İsraildə və Misirdə çox iş gördüm. Bu, misilsiz bir təcrübə idi. İndi gözəl və təhlükəsiz Vaşinqtona qayıdıram.”

    Şarm əl-Şeyxdə tarixi razılaşma

    Bazar ertəsi ABŞ, Misir, Türkiyə və Qətər liderləri Şarm əl-Şeyxdə Trampın təşəbbüsü ilə Qəzzədə atəşkəs, əsir və məhbus mübadiləsini nəzərdə tutan razılaşma sənədinə imza atıblar. Tramp mərasimi “Yaxın Şərq üçün böyük gün” adlandırıb.

    Sammitə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə sədrlik edən Trampın rəhbərliyi altında tədbirdə 31 ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

    İsrailin Baş naziri Benyamin Netanyahu və HƏMAS təmsilçiləri sammitə qatılmayıb. Fələstin Prezidenti Mahmud Abbas isə toplantıda iştirak edərək Tramp ilə görüşüb.

    “Sülh 2025” mesajı və yeni mərhələ

    Tədbir zamanı Tramp “Yaxın Şərqdə sülh” yazılmış pankart önündə dünya liderlərini salamlayaraq, “Bu, mümkün deyil deyənləri yanıltmaqdır. Nəhayət, Yaxın Şərqdə sülh əldə etdik,” – deyə bəyan edib.

    O, razılaşma sənədinin gələcəkdə bölgədə tətbiq ediləcək qaydalar və mexanizmləri müəyyən edəcəyini vurğulayıb:

    “Bu razılaşma qalıcı olacaq,” – deyə Tramp iki dəfə təkrarlayıb.

    Ağ Evin açıqladığı sənədin məzmunu

    Vaşinqtondan yayılan rəsmi sənəddə tərəflər, “İsrail və qonşuları, o cümlədən fələstinlilər arasında daimi sülhün təmin edilməsinin vacibliyi”ni qeyd ediblər.

    Bəyanatda deyilir:

    “Biz Qəzzə sektorunda sülhün bərqərar olunması və İsrail ilə region ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq.”

    İki dövlət məsələsinə cavabdan yayınma

    Vaşinqtona dönüş zamanı jurnalistlərin “İki dövlət həllinə münasibəti” ilə bağlı sualına Tramp birbaşa cavab verməyib:

    “Mən bir dövlət, iki dövlət və ya ikili dövlət haqqında danışmıram. Biz hazırda Qəzzənin bərpasından danışırıq,” – deyə o bildirib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Yaxın Şərq problemləri #Trampın Qəzza planı #Yaxın Şərq siyasəti #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.