Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İspaniyanın İsrailə silah embarqosu qərarı soyqırımı dayandırmaq üçün mühüm addımdır - HƏMAS

    24 Sentyabr 2025 15:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İspaniyanın İsrailə silah embarqosu qərarı soyqırımı dayandırmaq üçün mühüm addımdır - HƏMAS
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    HƏMAS, İspaniya hökumətinin İsrailə silah tədarükünü tamamilə qadağan etməsini, Tel-Əvivə soyqırımı və etnik təmizləmə cinayətlərini dayandırmaq üçün təzyiq göstərmək baxımından mühüm addım kimi qiymətləndirib.

    AzerVoice xəbər verir ki, HƏMAS bu barədə, İspaniyada azlıqda olan sol koalisiya hökumətinin İsrailə qarşı tam silah embarqosu tətbiq edən Kral fərmanını təsdiqləməsinə dair verdiyi açıqlamada bildirib.

    “İspaniya hökumətinin İsrailə tam silah embarqosu gətirən fərmanı təsdiqləməsi, İspaniyanın Qəzza zolağında xalqımızın üzləşdiyi vəhşilik və müharibə cinayətlərinə qarşı mübarizədə mənəvi və siyasi öhdəliyini əks etdirir və müharibə cinayətkarı Netanyahuya soyqırımı və etnik təmizləmə siyasətini dayandırmaq üçün təzyiq göstərməkdə mühüm bir addımdır.” - deyə açıqlamada qeyd edilir.

    HƏMAS, açıqlamasında bütün dünya ictimaiyyətini İsrailə qarşı genişmiqyaslı boykota çağırıb.

    “Soyqırım və etnik təmizləmə cinayətlərinin davam etməsinin qarşısını almaq, haqq işimizi dəstəkləmək və xalqımızın öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurmasını təmin etmək üçün İsrail hüquqi, siyasi və iqtisadi cəhətdən təcrid edilməli və bütün sahələrdə boykot olunmalıdır.” - deyə açıqlamada vurğulanıb.

    Xatırladaq ki, İspaniya hökuməti dünən İsrailə qarşı tam silah embarqosu tətbiq edən fərmanı təsdiqləyib.

    İspaniya hökuməti daha əvvəl, 9 sentyabr tarixində qəbul etdiyi qərarla İsrailə qarşı 9 maddəlik sanksiya planını elan etmiş, lakin bu plan çərçivəsində tam silah embarqosu və digər hərbi məsələlərlə bağlı maddələrin təsdiqini “texniki və hüquqi səbəblərdən” bu vaxta qədər təxirə salmışdı.

    #Qəzza #Qəzza zolağı #İspaniya #HƏMAS #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #İran və HƏMAS əlaqələri #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #HƏMAS və İsrail münaqişəsi #İsrailin HƏMAS-a qarşı siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.